Kurs: II fənn: Məktəbəqədər pedaqogika



Yüklə 76,12 Kb.
səhifə9/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
Pedaqoji eksperiment tədqiqat obyektini öyrənmək üçün istifadə olunan ən səmərəli metodlardandır. Eksperimentin səmərəliliyini təmin etmək üçün şagirdlərin tərkibi, inkişaf səviyyəsi, müəllimin iş üslubu və s. baxımından bir-birinə bənzər iki sinif seçilir. Onlardan biri kontrol, digəri eksperimental sinif olur. Eksperiment eksperimentə cəlb olunmuş sinifdə qoyulur. Eyni tədbir kontrol sinifdə adəti üzrə, eksperiment sinifdə isə dəyişdirilmiş şəkildə, başqa sözlə, müəllimin, tədqiqatçının qabaqcadan irəli sürdüyü fərziyyəyə uyğun şəkildə aparılır. Araşdırılan məsələ siniflərin hər ikisində müşahidə olunur və zəruri qeydlər götürülür. Beləliklə, müəyyən nəticəyə nail olunur ki, o da müqayisə yolu ilə yoxlanılır. Konkret vəzifələrdən, tədqiqatın xarakterindən asılı olaraq təbii və laborator eksperimentlərə müraciət olunur. Təbii və laborator eksperimentin arasında bəzi fərqlər vardır. Həmin fərq tədqiqatın aparılma şərtləri və şəraitləri ilə bağlı bir məsələdir. Təbii eksperiment təbii şəraitdə (ona, adətən uşaqlarla işin gedişində müraciət olunur) həyata keçirilir, laborator eksperiment xüsusi təşkil olunmuş şəraitdə aparılır.

Mövzu :II Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti

Plan:


  1. Azərbaycanda ilk məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti

  2. 60-cı illərdən başlayaraq Azərbaycanda məktəbəqədər tərbiyənin ayrı-ayrı problemlərinin tədqiqat obyektinə çevrilməsi




  1. Azərbaycanda məktəbəqədər tərbiyənin prakik tarixi 1907-ci ildən başlanır. 1907-ci ilə kimi Azərbaycanda heç bir məktəbəqədər tərbiyə müəssisələri olmamışdır. Yalnız həmin ildə birinci dəfə olaraq Bakının Bayıl qəsəbəsində Alisa İvanova Radçenko tərəfindən uşaq tərbiyə müəssisəsi təşkil edilmişdir. Bu, “Dəcəllər” məktəbi adlanan uşaq bağçasıdır. İkincisi, Sumarukova Zinaida tərəfindən 1914-cü ildə, üçüncü uşaq bağçası Baranova tərəfindən 1914-cü ildə, dördüncüsü 1916-cı ildə Bakı şəhər xalq məktəbləri müdiriyyətinin qadın gimnaziyası nəzdində açılmış uşaq bağçası və nəhayət beşinci Kələntərova tərəfindən açılan uşaq bağçası olmuşdur.

Bu uşaq bağçaları təsadüfi vəsaitlərlə təmin olunmuşdu. “Dəcəllər məktəbi” adlı uşaq bağçasının tərbiyəvi işlərinin məzmunu və uşaqların ailə tərbiyəsi etibarilə o birilərindən əsaslı surətdə fərqlənirdi.

Radçenko Bakı komitəsinin göstərişi ilə “Bazar günü məktəblərində və Bibi-heybətdə axşam fəhlə kurslarında müəllimlik etməklə yanaşı, “Dəcəllər məktəbi” adlanan uşaq bağçası da açmışdır. Lakin, o, 1910-cu ildə Bakıdan getdiyinə görə “Dəcəllər məktəbi” həmin ilin yazında bağlanır.

1916-cı ildə Bakıda qadın gimnaziyası yanında uşaq bağçası açılır. Bu uşaq bağçası 4 yaşından 7 yaşına kimi 20 uşağı əhatə edirdi. Burada uşaqlara maraqlı hərəkətli oyunlar və idman məşğələləri keçirilir, əl işləri vərdişləri öyrədilirdi. Uşaqlar rəngli saplar ilə toxuma, rəngli kağız zolaqlarından “səbət” və “xalça” toxuyurdular. Bu uşaq bağçasına yalnız varlı ailələrin uşaqları qəbul edilirdi.

1918-ci ildə uşaq tərbiyə ocaqlarının, o cümlədən, uşaq bağçalarının təşkili genişlənir. Bu sahədə N.Nərimanovun böyük köməkliyi olub. Uşaq bağçalarının təşkili işində yerli fəallar uşaq bağçası üçün binaların müəyyənləşdirilməsində və uşaqların oraya cəlb olunmasında yaxından köməklik edirdilər. 1920-ci il iyun ayında bütün məktəbəqədər tərbiyə müəssisələri dövlətin ixtiyarına keçirildi.

1920-ci il iyun ayının 28-nə kimi Bakıda “Yuva”, “Svetlayaçok”, “Xutarok”, “Sünbül”, Suraxanı rayonunda “Krasnaya solnuşka”, “Aydınlıq”, “Krasnıy uqolok”, “Kolokolçik” kimi uşaq bağçaları təşkil edilmişdi. Bundan əlavə Naxçıvan,Gəncə, Nuxa, Şuşa, Quba, Qazax, Göyçay, Lənkəran və Şamaxıda uşaq bağçaları açılmışdır.

Uşaq bağçalarında təlim-tərbiyə işi əsasən Azərbaycan dilində aparılsa da rus, gürcü, tatar, yəhudi və b. millətlərdən olan uşaqlar üçün ayrıca qruplar da təşkil edilmişdi.

1920-ci ildə Azərbaycanda “Məktəbəqədər tərbiyə şöbəsinin ümumi təlimatnaməsi” qəbul olunur. Bu təlimatın o dövr üçün böyük tarixi və siyasi əhəmiyyəti vardı. Təlimatda məktəbəqədər təbiyə müəssisələrinin ümumi prinsip əsasında təşkil olunması nəzərdə tutulurdu. Bu prinsipə görə uşaq bağçaları xalqın bütün təbəqələrinə xidmət etməli və hər xalqın öz dilində aparılmalı idi.

1921-ci il yanvar ayının 11-də N.Nərimanovun göstərişi əsasında Azərbaycanda birinci Məktəbəqədər Tərbiyə Pedaqoji İnstitutunun açılması barədə dekret verildi. Bu dekretə əsasən 1921-ci il mart ayının 4-də Məktəbəqədər Tərbiyə Pedaqoji İnstitutu təşkil edildi. İlk instituta 30 nəfər qadın qəbul edilmişdi.

1920-1921-ci illərdə “Məktəbəqədər uşaqlar üçün nağıllar məcmuəsi”, “Tərbiyə prinsipləri”, “Uşaq bağçalarını necə təşkil etməli və onun işini aparmaq aydaları” adlı kitabçalar da nəşr olunmuşdu. 1926-cı ildə Dövlət Elmi Şurası “Uşaq bağçaları üçün Nizamnamə”ni təsdiq edir. Nizamnamənin I bölməsində məqsəd və vəzifələrdən, məktəbəqədər yaşlı uşaqlarla aparılan işin məzmunundan, qəbul qaydalarından danışılırdı. Uşaq bağçalarının daxili işlərinin təşkilini göstərən II bölmədə isə uşaq bağçaının iş müddətindən, bağçada uşaqların qidalanmasından, bağçada uşaqların minimum, maksimum miqdarından, müdirin, tərbiyəçinin vzifəsindən ətraflı danışılırdı. III bölmədə uşaq bağçası kollektivinin işindən bəhs edilirdi və göstərilirdi ki, uşaq bağçasının bütün pedaqoji işləri müdir və kollektivin birgə fəaliyyəti ilə idarə olunur. “Uşaq bağçasının şurası” adlı IV bölmədə şura üzvlərinin miqdarından, tərkibindən, onun çağırılması müddətindən danışılırdı.


  1. 1965-ci ildə ilk dəfə olaraq məktəbəqədər tərbiyə tarixində 2 aylıqdan 7 yaşa qədər uşaqların təlim-tərbiyəsinin məzmununu müəyyən edən “Uşaq bağçalarının tərbiyə proqramı” hazırlandı. Proqramda müxtəlif yaş dövrlərində uşaqların mənimsədikləri bilik, bacarıq və vərdişlərin həcmi müəyyən edildi.

Həmin illərdən başlayaraq, uşaq bağçaları üçün tərbiyə proqramları ilə yanaşı, “Proqrama metodik göstəriş”, “Dekorativ rəsm”, “Didaktik oyunlar”, “Uşaq bağçasında tərbiyə işinin təşkili”, “Uşaq bağçasında didaktik oyunlar” adlı metodik vəsaitlər də hazırlanmışdı.

60-cı illərdən başlayaraq məktəbəqədər tərbiyənin ayrı-ayrı problemləri tədqiqat obyektinə çevrilmişdir. Aparılan tədqiqatlarda məktəbəqədər yaşlı uşaqların vətənpərvərlik və humanist tərbiyəsi (Z.Vəliyeva, N.Rüstəmova, L.Məmmədova), uşaq əməyi və onun təşkili prinsipləri, uşaq bağçasının böyük qruplarında rabitəli nitqin inkişafı, uşaqların nitqinin inkişafında Azərbaycan nağıllarınn rolu (S.Axundov) və s. problemlər araşdırılmış, qabaqcıl təcrübə ümumiləşdirilmiş, mövcud tədqiqatlara münasibət bildirilmiş, məktəbəqədər tərbiyə nəzəriyyəsi zənginləşdirilmişdir.


Mövzu : III




Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin