İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Yeni təlim texnologiyaları
Ədəbiyyat siyahısı:
1.Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı: “Elm və Təhsil”, 2016, 456 səh., 113-124 s.
2.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh. -248-257 s.
3. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı: Mütərcim, 2006
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:
Təlim texnologiyaları haqqında anlayış
Təlim texnologiyalarının struktur və funksional komponentləri
Təlim texnologiyalarının yaradılması və tətbiqi prinsipləri
P.1. Təlim prosesinin mahiyyəti, təlim metodlarının məzmunu ictimai şərait inkişaf etdikcə dəyişdiyindən, Azərbaycan Respublikası azad, müstəqil inkişaf yoluna keçdikdən sonra inkişafın xarakterinə uyğun olaraq təlim metodları da forma və məzmunca yeniləşməyə başlamışdır. Cəmiyyət müstəqil düşünən, kamil, rəqabətəqabil şəxsiyyət, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəsisələri-nin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, reallaşdırmaq inkişaf etmiş qabaqcıl ölkələrdə mövcud olan fəal təlim metodlarından, milli-mənəvi dəyərləri nəzərə alaraq istifadəni zərurətə çevirmişdir.
Təlim prosesini aktivləşdirmək üçün düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək və öyrənməyə maraq yaratmaq məqsədini güdən müəllim, şagirdi təlimə cəlb edəcək müəyyən metod, texnika və proseduralardan istifadə etməlidir. Şagird təliminin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim şagirdə dünyanı başa düşməkdə və qazandığı bilikləri real həyat şəraitinə tətbiq etməkdə yardım göstərməlidir. Yeni texnologiyalar tədris strategiyasının yerinə yetirilməsinə istiqamətləndirildiyindən, onlar nəzərdə tutulmuş təlim məqsədlərinə nail olmaqda əsas alət rolu oynayır.
Yeni texnologiyalar bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s. Qeyd edilən xüsusiyyətlər bəzi ənənəvi təlim metodlarında da olmuşdur, lakin yeni təlim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır.
D.Kappana görə, konstruktivizm – öyrənənlərin biliklərə özlərində əvvəllər mövcud olan və təcrübələrdən əldə etdikləri yeni ideya və ya nəzəriyyələrlə əlaqələndirməklə yiyələnməsi prosesidir. Konstruktivizm bəzən yaradıcılıq kimi də səciyyələndirilir. Konstruktivizm belə bir ideyaya əsaslanır ki, bilik qurulur, kəşf edilir, yaradılır. Bilik passiv şəkildə alına bilməz, bilik fəal öyrənmə prosesində əldə edilə bilər. Konstruktivizm nəzəriyyəsinin həyata keçirilməsi üç şeyi tələb edir: fəal şagird, sosial şagird və yaradıcı şagird.
Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir:
- bilik vermək yox, biliyi əldə etməyə həvəs yaratmalı;
- hazır cavablı suallar yox, problemli suallar verməli;
- öyrənənin gələcək inkişafını təmin etməli ;
- informasiya verməkdənsə, öyrənəni biliklərin əldə edilməsi prosesinə cəlb etməli;
- öyrənmə prosesini düzgün planlaşdırmalı.
Kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq ənənəvi didaktikada təlim tapşırıqlarının üç formada verilməsi göstərilir: frontal, qrup, fərdi.
P.2. Praktik mənada pedaqoji texnologiya dedikdə, həm də qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və munasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata kecirmək ucun əməliyyatlar kompleksi başa duşulur. Pedaqoji texnologiyada muəllimin fəaliyyətini aşağıdakı funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatcılıq komponenti
5) Kommunikativ (unsiyyət) komponent
Beləliklə, muəllimin təlim texnologiyalarını aşağıdakı əməliyyatlar təşkil edir:
I. Bilikləri toplamaq ucun (əldə etmək) əməliyyatlar
II. Təlimin və təhsil-tərbiyənin məqsədlərini layihələşdirmək ucun əməliyyatlar
III. Təlim və təhsil-tərbiyə prosesini təşkil etmək ucun əməliyyatlar
IV. Bilikləri şagirdlərə oyrətmək ucun əməliyyatlar
Dostları ilə paylaş: |