7. Tədris prosesində şagirdlərin maksimum iştirakı prinsipi. Bu prinsip dərsdə şagirdləri muxtəlif nov fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Bu məqsədlə qarşılıqlı sorğu kecirilir. Yaranan problemlər, cavablardakı kəm-kəsirlər aradan qaldırılır. Burada prinsip belədir: şagirdlərin gorə biləcəyi işi muəllim gorməməlidir. Bu prinsip muəllimi artıq yukdən azad etməyə imkan verir. Şagirdi vacib fəaliyyətə cəlb etmək onu nəinki inkişaf etdirir, həm də tərbiyə edir. Tədris prosesində real fəaliyyətdə uğur qazanmaq situasiyasını yaratmaqla təlimin tərbiyəedici, inkişafetdirici məqsədlərinə muvəffəqiyyətlə nail olunur.