Kollektivlə iş formasında uşaqlarda kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və ünsiyyət qurmaq bacarıqlarının inkişafı təmin edilir.
P.2.Fərdi iş formasında uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyət göstərməsi üçün şərait yaradılır.
Müasir dövrdə insanın hərtərəfli inkişaf etdirilməsi məktəblərimizin qarşısında ən mühüm vəzifə kimi durur. Şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarını yüksəltməkdə fərdi yanaşma prinsipi mühüm rol oynayır.
Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, onun biliyində və əxlaqında nəzərə çarpan qüsurları vaxtında görüb aradan qaldırmağa və müsbət cəhətləri daha da inkişaf etdirməyə imkan verir. Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır, həm də necə rəftar apardığını da unutmamalıdır.
Təlim-tərbiyə işi ilə məşğul olan müəllim, uşağı, onun inkişaf xüsusiyyətlərini, keçirdiyi həyat şəraitini yaxşı öyrənməlidir. Böyük pedaqoq bu məqsədlə müəllimlərdən uşaq psixologiyasını öyrənməyi tələb edərək yazırdı: "Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda öyrənməlidir”.
Hər bir müəllim uşaq ruhuna təsir göstərməyi bacarmalıdır, əgər bacarmırsa, onun uşaqlar arasında da nüfuzu yüksək ola bilməz. Tərbiyə vermək üçün müəllim şagirdin marağını, dünyagörüşünü, səyini, həyat təcrübəsini, onu əhatə edən adamları, yaşadığı mühiti hökmən bilməlidir. Müəllimlər şagirdlərə, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün gündəlik istiqamət verməlidirlər. Belə şagirdləri dərnəklərə və əlavə məşğələlərə cəlb etmək lazımdır. Lakin şagirdin təlim işini başlı-başına buraxması, qüvvəsinə inamsızlığı, yoldaşlarından geri qalması, müəllimin düzgün olmayan rəyi, ailədə çox əzizləmək kimi hallar şagirddə məsuliyyətsizlik yarada bilər. Müəllim yeni mövzu üzərində hazırlıq işi apararkən həm də kimlərə tərbiyə cəhətdən təsir edəcəyini, zəif düşünən, utancaq, nitqi zəif inkişaf edən, işi səliqəsiz yerinə yetirən, dikbaş, tənbəl şagirdlərə necə yanaşacağını, necə kömək göstərəcəyini, yeni mövzunun sual-cavabla möhkəmləndirilməsi mərhələsində kimlərə və hansı suallarla müraciət edəcəyini nəzərə almalıdır. Müəllim yeni materialın izahı prosesində tədris etdiyi mövzunu elm və texnika ilə, habelə müasir həyatla əlaqələndirməli, həm də bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə yol verməməlidir. K.D.Uşinski bu nöqsanlardan bəhs edərkən yazırdı: "Müəllim üçün kitabda müəyyən səhifəni dırnaqla və karandaşla işarə edib, onu gələn dərsə kimi öyrənməyi tapşırmaqdan asan şey yoxdur. Lakin çox erkən vaxtdan özbaşına buraxılan şagirdin bu əziyyətli səhifə üzərində necə can çəkdiyini, mənasını bilmədən onu necə əzbərlədiyini, işə necə yanaşmaq lazım olduğunu bilməyərək öz zəhmətini dəfələrlə necə artırdığını, həm dəftəri, həm əllərini və həm də üzünü mürəkkəbə bulayaraq yaza bilmədiyi hərf üzərində necə göz yaşı tökdüyünü müşahidə edin - o zaman siz, bəzən şagirddə təlimə qarşı nifrətin haradan doğulduğunu anlarsınız”. Aparılan təcrübələr göstərmişdir ki, müəllimlər ev tapşırıqlarından iki variantda istifadə etməlidirlər.
* Birincisi, ev tapşırığı zəiflər üçün nisbətən sadələşdirilməli, qüvvətli şagirdlər üçün biliyin dərinləşdirilməsi məqsədi ilə mürəkkəbləşdirilməlidir.
*İkincisi, ev tapşırığının verilməsi ilə əlaqədar olaraq təlimdə yetirməyən şagirdlər üçün müəllim onların nədə yetirmədiklərinə aid qabaqca tapşırıq müəyyən etməlidir, eyni zamanda daha yaxşı bilənlər üçün əlavə tapşırıq seçməlidir ki, onların biliyini daha da dərinləşdirsin. Evə tapşırıq verərkən bərabərçiliyə yol vermək olmaz. Ev tapşırığının fərdiləşdirilməsi hər bir şagirdin səmərəli işləməsini gücləndirir, onun geriliyini aradan qaldırır və müstəqil işləməsi üçün şərait yaradır. Bütün bunlar şagirdlərin elmi-dünyagörüşünü və onların dərin biliklər sisteminə yiyələnməsinə zəmin yaradır. Müasir dövrdə yeni insanların formalaşması əməli vəzifəyə çevrilməlidir.
Dostları ilə paylaş: |