Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə29/76
tarix10.01.2022
ölçüsü494 Kb.
#108829
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   76
Cütlərlə iş -Təklif olunan tapşırıq burada iki nəfərin iştirakı ilə həll olunur. Şagirdlər  tapşırığın  tələblərini birlikdə öyrənir  və müzakirə  fonunda yerinə yetirirlər.  Müzakirənin  nəticəsi  şifahi  və yazılı formada icra oluna bilər. Yazılı formada bir vərəqdə əksini tapmalıdır.
P.4. Təlim qrupunu, ilk növbədə, təlim fəaliyyəti ilə məşğul olan kollektiv kimi nəzərdən keçirmək, dərs zamanı qrupda ünsiyyət prosesini isə yaradıcı kollektivdə şəxsiyyətlərarası münasibətlərin formalaşması kimi görmək lazımdır.

İntensiv qrup təlimində ünsiyyət təlim fəaliyyətinin mühüm atributudur. Ünsiyyət predmeti isə onun məhsuludur. Şagirdlər bilavasitə biliklərin mənimsənilmə prosesində idrak fəaliyyətinin nəticəsi ilə mübadilə edir, onu müzakirə edir, diskussiyalar aparır­lar. Təlim prosesində şəxsiyyətlərarası ünsiyyət motivləri yüksəldir və bu, sosial amil­lə­­rin qoşulması yolu ilə gedir: şəxsi məsuliyyət yaranır, öyrənmədə müvəffəqiyyətdən ləzzətalma hissi əmələ gəlir. Bütün bunlar şagirdləri keyfiyyət cəhətdən fənnə daha yaxşı cəlb edir, onların ümumi işə şəxsi münasibətlərini formalaşdırır və beləliklə də, biliklər qazanmağa sövq edir.

Qrup təlimi zamanı:

-Ümumi idrak vəzifələri bütün şagird qrupunun birgə cəhdi ilə yerinə yetirilməlidir.

-Hər qrup öz üzvlərinin sayı və hazırlıq səviyyəsinə müvafiq çətinlik dərəcəsi olan tapşırıq almalıdır. Tapşırıqda qrupun bütün üzvləri tanış olmalıdır. Onlardan hər biri bu və ya digər vəzifələrin yerinə yetirilməsinə başlamalı, öz nəticələri haqqında məlumat ver­mə­li­dirlər. Əgər nəticə digərlərinin əldə etdikləri nəticələrlə üst-üstə düşürsə, onda qrup növbəti tapşırığın yerinə yetirilməsinə başlayır, əgər düşmürsə, qrup yenidən bu tapşırığın müzakirəsinə vaxt sərf edir.

Qrup işi aşağıda qeyd olunan məsələlər öz əksini tapdıqda mümkün olur:

-İş zamanı müəllim sinifdə bütün qrupların fəaliyyətinə nəzarət etməli, onların tapşırığın optimal həlli yolunu seçməsinə diqqət yetirməli, səhvləri üzə çıxarmalı və çətinliklər olduqda şagirdləri düzgün istiqamətdə yönəltməldir.

-Humanitar fənnlərin tədrisində qrup işindən yeni material problem xarakterli olduqda istifadə daha yaxşı nəticə verir.

-Qrup işində fəallıq güclənir, alınan biliklərin səviyyəsinə maraq artır, işgüzar ünsiyyət bacarığı inkişaf etdirilir, müxtəlif problemlərin həllində insanların qarşılıqlı fəaliyyəti özünü göstərir.

-Təlim prosesinin təxminən 40%-ni qrup işinə həsr etmək daha məqsədəuyğundur.

-Mikroqrupun optimal sayı 3-5 nəfərdən ibarət olmalıdır. Qrupda şagirdlərin sayının artması məhsuldarlığın səviyyəsini aşağı salır:

-Hər bir qrupun işini idarə edən lider seçmək və ya müəyyən etmək lazımdır. Lider prosesə və informasiya mübadiləsinə diqqət yetirməlidir. “Lider”in seçim məsələsini qrupun özünə həvalə etmək daha səmərəlidir. Mikroqrupda texniki və “emosional” liderin ortaya çıxması da nəzərdə tutulur.

-Məktəblilər arasında qrupun düzgün kompleksləşdirilməsin də şəxsiyyətlərarası münasibətlərin xarakterini öyrənmək və nəzərə almaq zəruridir. Eyni bir qrupa bir-birini qəbul etməyən şagirdləri qoşmağa ehtiyac yoxdur, passiv şagirdlərlə çox hörmət və nüfuz qazanmış şagirdləri onlara neytral münasibətdə olan qrupa göndərməyə də ehtiyac yoxdur.

-Difernsiallaşdırılmış qrup işində hər bir şagirdə verilən tapşırıqda onun bilik və bacarıqları nəzərə alınmalıdır.

-Hər bir qrupa xeyli sayda təlim materialı, o cümlədən ədəbiyyat və lazım olan ma­te­rial siyahısı, tapşırıqların yerinə yetirilməsi üzrə yazılı təlimat verilir. Burada tap­şı­rığın hansı hissəsinin fərdi, hansı hissəsinin kollektiv şəkildə yerinə yetirilməsi və özünü­yoxlama üçün kontrol sualların siyahısı da olmalıdır.

-İş zamanı yüngül masalardan istifadə olunur. Belə ki, onlar yerindən asan götürülür, başqa yerə qoyulur. Belə masalarda 4-5 nəfər bir yerdə otura bilir ki, qruplar bir-birindən fərqləndirilə bilsin.

Şagirdlərin kollektiv işinin təşkilində bir sıra təşkilati, pedaqoji və sosial planlı çətinliklər meydana çıxır. Yeni biliklərin qazanılması üzrə qrup işinin həqiqətən məhsuldar olması üçün şagirdlərə maraqlı, daha şəxsi və sosial cəhətdən əhəmiyyətli, ictimai cəhətdən faydalı və onların fərdi bacarıqlarına müvafiq fəaliyyət təklif etmək lazımdır.


Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin