İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Təlimin diaqnostikası
Ədəbiyyat siyahısı:
1. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 299-308
2.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. I c., Bakı: Mütərcim, 2013, 708 s.
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:
Şagirdlərin öyrənmə səviyyəsinin diaqnostikası
Şagirdlərin təlimdə yetirməsinə nəzarət
Nailiyyətlərin və inkişafın testləşdirilməsi
Oxumağa qabilliyin diaqnostlaşdırılması
P.1. Diaqnostikanın məqsədi didaktik prosesin baş vermə şəraitini, onun nəticələrini dəqiq üzə çıxarmaq,qiymətləndirmək və təhlil etməkdir. Didaktik prosesi səmərəli idarə etmək, mövcud çəraitdə optimal nəticlərə nail olmaq diaqnostikasız mümkün deyil.
Diaqnostlaşdırma əldə olunan nəticələri onlara nail olma yolları, qaydaları ilə birlikdə öyrənir, təlim məhsullarının formalaşma dinamikasını üzə çıxarır, təlim məhsullarının formalaşma dinamikasını üzə çıxarır. Diaqnostlaşdırma nəzarəti, yoxlamanı, qiymətləndirməni, statistik məlumatların toplanmasını, onların təhlilini,hadisələrin sonrakı inkişafının proqnazlaşdırılmasını özündə birləşdirir.
Şagirdlərin bilik və bacarıqlarına nəzarət, onları qiymətləndirmək diaqnostlaşdırmanın zəruri tərkib hissələridir. Bunlar pedoqoji texnologiyanın çox qədim komponentləridir. Sivilizasiyanın ilk dövründə meydana gələn nəzarətvə qiymətləndirmə məktəbin daimi "yol yoldaşı"olmuş, onun inkişafını müşayiət etmişdir. Buna baxmayaraq, qiymətləndirmənin mənası,onun texnologiyası ilə bağlı bu gün də qızğın mübahisələr gedir.
Yeni demokratik məktəbdə formal nəzarət olmamalıdır. Dempkratik nəzarət təlimin özünəməxsus metodu kimi öyrədici,inkişafetdirici istiqamətdə olmalı,özünə nəzarətlə birləşdirilməlidir.
Məktəb qiymətlərinin köməyi ilə oxumağa maraq oyatmağın köhnəlmiş formalarından imtina etməyi tələb edir. Şagirdlərin təlim əməyinin stimullaşdırılmasının yeni yollarının axtarılması, qiymətləndirməyə yeni mövqedən yanaşmağı zəruri hesab edir. Diaqnostlaşdırma sistemində qiymət stimullaşdırma vasitəsi kimi yeni keyfiyyətlər kəsb edir. Bu rəqabətli cəmiyyətdə mühüm oyadıcı,həvəsləndirici amildir.Qiymət təlim vasitəsindən başqa şagirdin öz şəxsi reytinqini rasional müəyyənetmə vasitəsinə,insanın cəmiyyətdə əhəmiyyətinin göstəricisinə çevrilmişdir.
Dostları ilə paylaş: |