Əyanilik prinsipi şagirdlərin hamısının eyni meyarlarda açıq sınaqdan keçirilməsindən ibarətdir. Diaqnostlaşdırma prosesində hər bir şagirdin müəyyən edilən reytinqi əyani -müqayisəli xarakter daşıyır.Aşkarlıq prinsipi həmçinin qiymətin elan edilməsini tələb edir.Qiymət oriyentirdir,onun əsasında şagirdlər özlərini verilən tələblərin,həmçinin müəllimin obyektivliyi haqqında mühakimə yürüdürlər.
Obyektivlik diaqnostik testlerin elmi cəhətdən əsaslandırılmış məzmunundan, müəllimin bütün şagirdlərə bərabər,dostcasına münasibətindən,bilik və bacarıqların qiymətləndirilməsinin dəqiq müəyyənləşdirilmiş meyarlarından ibarətdir.
Sistematiklik prinsipi tələb edir ki, diaqnostik nəzarət didaktik prosesin bütün mərhələlərində- biliklərin ilkin qavranılmasından onların tətbiqinə qədər,şagirdlər məktəbdə olduğu birinci gündən son günədək müntəzəm olaraq həyata kecirilsin.Məktəb nəzarətini tez-tez həyata kecirmək lazimdirki, şagirdlərin bilməli və bacarmalı olduqları vacib nə varsa onların hamısını diqqətlə yoxlamaq mümkün olsun.Sistematiklik prinsipi diaqnozlaşdırmanın aparılmasına kompleks yanaşmanı təmin edir.