P. 3. Təlim metodlarının xarakteristikası.
Yeni təlim metodları (proqramlaşdırılmış təl. met, videometod) yaranmasına baxmayaraq, təlimdə söz metodlar təbiiliyinə, ekoloji cəhətdən təmizliyinə görə bundan sonra da öz əhəmiyyətini saxlayacaqdır. Müəllimin şəhri nəql etmə, izah etmə, mühasibə, müzahirə, təlimatlandırma formasında həyata keçrilir. O, təlim prosesinin bütün həlqələri ilə bağlıdır.
Müəllimin şərhi idraki tapşırığı verəndə, hər hansı bir qaydaya yeni tədris materialını təqdim edəndə,şagirdlərin müstəqil işlərini və əks əlaqəni təşkil edəndə, məktəblilərin fəaliyyətinə nəzarəti həyata keçirəndə və başqa hallarda tətbiq olunur. Müəllimin şərhi bütün təlim metodlarına daxil olur.
1.Nəql müəllimin müəyyən hadisənə canlı, obrazlı şəkildə danışmasıdır, tədris materialının monoloji formada ifadəsidir. Bu metodun aparıcı funksiyası öyrətməkdir.Bununla bərabər, həmbu metod inkişafetdirici, təhsilverici, tərbiyəedici, oyadıcı və nəzarət-korreksiyaedici funksiyaları da yerinə yetirir.Bu metoddan istifadə edən zamanbiliklər ardıcıl, sistematik, başa düşülən tərzdə və emosional şəkildə şagirdlərə çatdırılır. Nəql metodu, əsasən, ibtidai siniflərdə tətbiq edilir. Məktəbin ikinci və üçüncü pillələrində bu metoddan az istifadə olunur.
İstifadə məqsədinə görə nəql metodunun üç növü vardır:giriş nəqli, təsvir nəqli və yekun nəqli. Giriş nəqlinin vəzifəsi şagirdlərin yeni materialı öyrənməyə hazırlamaqdır. Təsviri nəql nəzərdə tutulmuş məzmunu nağıl etməkdir. Yekun nəql isə təlimi yekunlaşdırmaqdır.
Nəql metodunun səmərəsi başlıca olaraq müəllimin nağıl etmək bacarığından, həmçının onun işlətdiyi söz və ifadələrin şagirdlərin anlaq və inkişaf səviyyəsinə uyğunluğundan asılıdır. Ona görə də nəqlin məzmunu şagirdin təcrübəsinə əsaslanmalı, eyni zamanda həmin təsrübəni genişləndirməli və yeni elementlərlə zənginləşdirməlidir. Nəql əlaqəli, məntiqi, inandırıcı olmalı, şagirdlərə öz fikirlərini düzgün, savadlı ifadə etməyi öyrətməlidir.
Dərsdə nəqlə hazırlaşarkən müəllim plan tutur, material toplayır, mövcud şəraitdə məqsədə nail olmaq üçün metodik pripmlar seçir. Nəql zamanı əsas fikir, ideya xüsusilə qeyd edilir. Nəqlin səmərəsi onun digər metodlarla uyğunlaşdırılmasından aslıdır. Məsələn, ibtidai siniflərdə illustrasiyadan, orta və yuxarı siniflərdə müsahibədən, nəqlin yeri və vaxtından, hadisələrdən və insanlardan asılıdır.
İzah qaydanı, qanunauygunluğu, misal və məsələlərini dəlil və sübutlarla başa salmaqdır. Fənlərin tədrisində çox zaman nəql və izah vəhtətdə tətbiq olunur. Müəllim müəyyən hadisəni əvvəlcədən nəql edir, sonra onu izah edir və ya izahat vaxtı ayrı-ayrı fakt və hadisəni təsvir edir.
Dostları ilə paylaş: |