İllüstrasiya metodu əyani vəsaitlərin köməyi ilə tədris materialının mənimsənilməsini nəzərdə tutur. Bu zaman fakt və hadisələr hərəkətsiz vəziyyətdə olur. əyani vasitələr təlimdə müxtəlif məna kəsb edir. Bəzi halda o, sadəcə nümayiş xarakterı daşıyır, bəzi hallarda isə mücərrəd fikirlərin mənimsənilməsi prosesini asanlaşdırır. Illüstrasiyanın aşağıdakı növləri vardır:
1) təbii şəkildə əşyanın özü;
2) əşyanın modeli;
3) əşya və hadisənin şəkli;
4) sxematik materiallar (cədvəllər, diaqramlar, sxemlər);
5) simvolik əyani vəsaitlər (xəritə, qlobus) və s.
İllüstrasiya metodunun səmərəli olması üçün onun tətbiqində müəyyən şərtlər gözlənilməlidir.
təlim prosesində əyani vəsaitin yeri və növü düzgün müəyyənləşdirilməlidir.
əyanilikdən hər zaman yox, öyrənilən hadisə və əşya haqqında şagirdlərin dolğun təsəvvürü olmadıqda istifadə edilməlidir.
əyani vəsaiti bütün şagirdlər aydın görməlidirlər.
Zamanı şagirdlərin fəallığı təmin olunmalıdır.
əyani vəsaitlər üzərində şagirdlərin müşahidəsi ilə müəllimin izahı əlaqələndirilməlidir.
Dostları ilə paylaş: |