Əqli hücumunun aparılma məqsədləri:
Problemin həlli yollarının araşdırılmasını öyrənmək, müəyyən situasiyalarda cıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək qabiliyyətini inkişaf etdirmək
şagirdlərin sərbəstliyini, fikir azaldığını inkişaf etdirmək
şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək, yaradıcılığı stimullaşdırmaq
şagirdlərdə özünə inam hissini stimullaşdırmaq və həmçinin insanlar arasında əlaqələri yaxşılaşdırmaq
şəxsi ifadə tərzlərini istiqamətləndirərək, müstəqil düşüncəsini inkişaf etdirmək
Alqoritm:
1. müəllim həll olunmalı problemi elan edir
2. aparıcı (“ideyaların generatoru” – ideyaların axtarışına yönəldən) müəyyən edilir. Bu rolda həm müəllim, həm də şagird ola bilər.
3.Təlimat verilir ki, şagirdlər problemin həlliücün bütün ilk ağıla gələn ideyaları sürətlə, qısaca və konkret ifadələrlə bildirsinlər. Bu ideyalar fantastik, ağlasığmaz, qeyri-adi,absurd, hətta zarafatyana və uzaqgörən ola bilər. Şagirdlər öz həmyaşıdlarının şərhlərinə istinad edə bilərlər. Tənqid etmədən bu şərhləri tamamlayıb başqa formaya sala bilərlər.təkliflər qiymətləndirilmir və tənqid edilmişr
4. bütün qrup bu problemin həllinə cəlb olunur. Əsas məqsəd: mümkün qədər cox fikir toplamğanail olmaq.
5. qısa vaxt ərzində verilən bütün fikir və təkliflər aparıcı –generator tərəfindən kağızda, lövhədə və s. qeyd olunur.
6. yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil olunur.
7. aparıcı ideyaları bir daha yekunlaşdırır. Şagirdlər artıq bildirilmiş ideyaları tənqidi təhlil edir, qiymətləndirir, mübahisə aparır, şagirdlər müzakirə olunan problemin mümkün həlli ücün orijinal və ya ən yaxın ideyaları secirlər.
8. bu mərhələ kiçik qruplarla da aparıla bilər. Müəyyənləşdirilmiş meyarlar əsasında qrup yardımçı qruplara bölünür. Hər bir yardımçı qrup öz nəticələrini göstərir və onların həmyaşıdları ilə bölüşür. Onlar bunu sözlərlə, təsvirlərlə, rəsmlərlə mahnılarla və ya rollu oyunlarla təqdim edə bilərlər.
Dostları ilə paylaş: |