Yarana biləcək problem:
1. Vaxt çatışmazlığı;
2. Nəticə çıxarılmasında problemlər;
3. Tam əhatə olunmaması.
İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Təlim metodlarının seçilməsi və funksiyaları
Ədəbiyyat siyahısı:
1.Kərimov Y. Təlim metodları. Bakı: 2009, 275 səh., s. 239-270
2.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 195-225
3. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı:“Elm və Təhsil”, 2016, 456s.
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:
Metodların təlimedici funksiyası
Metodların tərbiyələndirici funksiyası
Metodların inkişafetdirici funksiyası
Təlim metodlarının seçilməsi
P.1. Müasir dərsdə yalnız tədris vəzifələrini deyil, təlim, tərbiyə və inkişafın bir-biri ilə qarşılıqlı əlaqədə olduğu kompleks vəzifələrin planlaşdırılmasını tələb edir. Bu vəzifələr məzmun, metod, priom, təşkilatı forma, bir sözlə, bütün pedoqoji vasitələrin həyata keçirilir. Təlim metodunun əsas funksiyaları təlimedici, tərbiyələndirici və inkişafetdirici funksiyalardır. Q.İ.Şukina fəaliyyətə təhriketmə funksiyasını da əlavə edir. Fikrimizcə, təhriketmə inkişaf etdirici funksiyada ehtiva oluna bilər.
Metodların təlimedici funksiyası aparıcı vəzifədir.Bu funksiyanın mahiyyəti dərsdə qoyulmuş didaktik vəzifəyə tam uyğun olaraq dəqiq və adekvat metodun seçilməsində məzmunun son dərəcə aydınlığının və ifadəliliyinin təmin edilməsində özünü göstərir.Bu funksiya effektivliyi adətən əks əlaqənin köməyi ilə müəyyən eddilir. Şagird yiyələndiyi biliklərdən yeni biliklərin əldə olunması üçün istifadə edə bilirsə, deməli, təlimedici funksiya yerinə yetirilir.
"Yaxın inkişaf zonası" ideyası uşaqların yaşıdları və böyüklərlə əlaqəli şəkildə nəyi etməyə qabil olduqlarını başa düşərək idraki öyrənməni daha çətin mərhələlərə yüksəltmək yollarını müəyyən edir. L.S.Vıqotskiyə görə uşaqların inkişafı bioloji qüvvələrin təsiri ilə konkret mərhələlər üzrə gedir, lakin mühit, mədəniyyət inkişafı daha yüksək əqli funksiyalara doğru yönəltməyi lazım bilir.
P. 2. Əvvəllər təlim prosesində tərbiyəvi iş dərsin müəyyən hissəsində,onun üçün bilavasitə şəraitin olduğu anda yerinə yetirilərdi. Adətən bir çox hallarda material şərh olunub başa çatdıqdan sonra tərbiyəvi nəticə çıxarılardı. Belə tərbiyəvi anların təşkili isə mükəmməl, təsirli tərbiyəvi ıs aparmağa imkan vermirdi. Yaxşı müəllimin fəaliyyətində tərbiyəvi iş dərsin bu və ya digər aninda deyil, bütün dərs boyu aparılır, bütövlükdə təlim prosesi tərbiyə edir. Təlim prosesində tərbiyəvi işin təşkili tədris olunan materialın məzmunundan və dövlətin ideologiyasından asılı olur. Təlim metodlari əxlaqa, estetik tərbiyəyə, şəxsiyyətin bütün mənəvi xassələrinə təsir göstərir. Frontal müsahibə zamanı təəssüratların mühakimələrin, qiymətləndirmənin mübadiləsi prosesi baş verir. Kollektiv fəaliyyətdə əməli şəxsiyyətlərarası münasibətlər möhkəmləndirilir, məktəblərinin şəxsiyyətinin ictimai istiqamətliliyi formalaşdırılır. Nə qədərki müəllimin şəxsiyyəti tərbiyənin mühüm faktorudur təlim prosesində tərbiyə zamanı müəllimin emosional münasibəti, emosional münasibəti, emosional reaksiyası böyük əhəmiyyət kəsb edir. Müəllim öz şəxsiyyəti, münasibəti, mimikası, nitqi, vicdanlılığı, iradi, etirazı, laqeydliyi, cəzalandırılması qiymətləndirilməsi, haqsızlığa qarşı çıxan uşağı müdafiə etməsi,qayğısı ilə nümunə olmalıdır. Bütün bunlar şagirdlərə təhsil almağa emosional münasibət tərbiyə edir, təlimin keyfiyyətini yüksəldir. Təlim prosesində tərbiyə ibtidai təlimin metodik sisteminin təkmilləşməsində öz həllini tapır.Təlim prosesində müəllimin hər bir fərdə tərbiyəvi təsiri onun metodu necə seçməsindən və şagirdin fəaliyyətini necə qurmasından asılıdır.
P.3. Pedoqogikanın aparıcı nəzəriyyəsi inkişafetdirici təlimdir.Tarixən təlim bütövlükdə təhsil prosesində müəllim şagirdlərin idrak fəaliyyətini idarə edir,onu inkişaf etdirir. İnkişafetdiririci təlim anlayışı uşağın inkişafının öyrənilməsi ilə bağlı tədqiqatlar prosesində, onun təfəkkürünün müxtəlif səviyyələri, tiplərinin öyrənilməsi və başqa psixi funksiyaların öyrənilməsi, fəaliyyətin psixi nəzərriyəsinin yaradılması prosesində ibtidai təlim təcrübəsinə daxil olmuşdur.
İnkişafetdirici təlimin əsas göstəricisi odur ki, təlim uşağın "ən yaxın inkişaf zonası"na (L.S.Vıqotski) istinadən inkişafı özünün arxasınca aparır. Başqa sözlə, təlim inkişafın önündə gedir."İnsan fəaliyyətdə inkişaf edir" deyimi təlim və tərbiyənin metodoloji əsasını təşkil edir.İkişafetdirici təlim sistemi 1959-cu ildə yaranmış və 3 illik ibtidai təhsil mərhələsinə istiqamətlənmişdi. O zaman bu, böyük irəliləyiş hesab olunurdu. 1994-cü ildə Moskva şəhərində ümumitəhsil məktəbi nəzdində yeni "məktəb laboratoriya" adlanan təlim tərbiyə kompleksi yaradılmışdı. Bu məktəbdə ilk dəfə akademik V.V.Davıdovun rəhbərliyi altında inkişafetdirici ibtidai təhsilin 4 illik modelini keçid reallaşdı.
L.S.Vıqotski əqli inkişafı məktəb təlimi üçün mərkəzi problem hesab edirdi. Burada ayrı-ayrı psixi proseslərin inkişaf planında deyil, həm də böyük ölçüdə funksiyalar və onların dəyişmələrinin inkişafi nəzərə alınmalıdır. L.S.Vıqotski qeyd edirdi ki, təfəkkürün intensiv inkişafi anından bütün başqa funksiyaların intellektləşdirilməsi başlayır; uşaq bu funksiyaları düşünməyə başlayır, özünün psixi fealiyyətinə ağıllı yanaşır. Təlim prosesində bütün funksiyaların qarşılıqlı əlaqəsi kıçık məktəb yaşı dövründə yeni əmələ gələnlərin inkişafı hesabına dərketmə (təfəkkür) və mənimsəmə (sərbəstlik) hesabına yerinə yetirilir.
İnkişafetdirici təlim tədris-tərbiyə prosesinin qanunauyğunluqları və prinsiplərinin ümumi sistemi əsasında baş verir. Onların başlıcaları bunlardır: sosial cəhətdən Qanunauyğunluqlara, əsaslanmış təhsil, tərbiyə və inkişafın qarşılıqlı əlaqəsi; problemlilik; fərdiləşdirmə və fərdi yanaşma; şagirdlərin təlim prosesini şüurlu başa düşmələridir. Şagirdlərin təfəkkürünün formalaşmasına müsbət təsir göstərmək üçün onların bacarıq və vərdişlərinin inkişafını təmin eden proqram və dərsliklərin olması vacibdir. Hansı bacarıqlar tələb olunur:
1)təşkiledici-əməyin elmi təşkilinin əsas başlanğıcının öyrədilməsi;
2)informasiya-informasiyanı əldə etmək,işləmək,qorumaq;
3)intellektual-əqli əməyin metod və priyomlarını bilmək;
4)kommuniaktiv-şifahi və yazılı nitq vərdişlərinə yiyələnmək.
Problemli şəraitində inkişafetdirici ünsiyyət texnologiyası yetişir.Biliklərə yiyələnərkən şagirdlər yalnız onun məzmununu mənimsəmir, həmdə öz idraki imkanlarını maraq və meylini inkişaf etdirirlər. Fikirləşməyi, axtarmağı yaratmağı öyrənirlər. Bu baxımdan tədris faəliyyəti şəxsiyyətin formalaşmasının ən mühüm mənbəyidir.
Yuxarıda qeyd olunduğu kimi, təlimin inkişafetdirici funksiyası həmişə diqqət mərkəzində olmuşdur. Bu gün geünış vüsət alan evristik təlim inkişafetdirici təlimdən fərqlənir. Evristik təlim inkişafetdirici təlimdən yalnız şagirdin inkişafına görə deyil, həmdə təhsilin troyektoriyasına (məqsədin,texnologiyanın,məzmunun,tədrisin variantlarının inkişafı da daxil olmaqla)görə fərqlənir.
Dostları ilə paylaş: |