P.3.Fəal dərsin mərhələləri: III, IV, V mərhələ
III mərhələ: Məlumat mübadiləsi
Bu mərhələdə şagirdlər əldə etdikləri məlumatların mübadiləsini aparırlar və yeni bir tələbat yaranır: natamam və qarışıq bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən nəticəyə gəlmək və tədqiqat sualına cavab tapmaq.
IV mərhələ: Məlumatın müzakirəsi və təhlili
Bu fəal təlim əsasında təşkil olunan dərsin ən mürəkkəb mərhələsidir, çünki bilik, bacarıq, eləcə də təfəkkürün müxtəlif (məntiqi, tənqidi və yaradıcı) növləri səfərbər olur. Bu mərhələdə müəllim fasilitasiya funksiyasını yerinə yetirir, yəni əldə olunmuş məlumatların, faktların müzakirəsini, təşkilini yönəldici suallar vasitəsilə istiqamətləndirin, əldə olunmuş məlumatlar arasında əlaqələr, “körpülər yaranır”, sistemləşdirmə aparılır. Eyni zamanda artıq tədqiqat sualının cavabı aydınlaşdırılır. Məlumat müxtəlif formalarda təqdim oluna bilər: mətn, sxem, qrafik, cədvəl, təsnifat və s.
Dostları ilə paylaş: |