P.1.Müasir dərsə verilən didaktik tələblər:
-təlim vəzifələrinin və onların əsas tərkib elementlərinin dəqiq formalaşdırılması, inkişafedici və tərbiyəedici vəzifələrlə əlaqələndirilməsi:
-dərsin məzmununun tədris proqramının tələbələrinə və məqsədlərinə uyğun olaraq müəyyən olunması,onlara hazırlıq dərəcəsi və şagirdlərin hazırlığının nəzərə alınması:
-şagirdlərin elmi bilikləri mənimsəməsini, bacarıq və vərdişlərin formalaşması səviyyəsini istər dərsdə, istərsə də onun ayrı–ayrı mərhələlərində proqnozlaşdırılmaq.
-təlimin, stimullaşdırmanın və nəzarətin daha rasional metod, priyom və vasitələrinin seçilməsi, onların dərsin hər bir mərhələsinə optimal təsiri, idrak fəallığını təmin edən seçim, kollektiv və fərdi işlərin dərsdə müxtəlif formalarının bir – bir ilə uzlaşdırılması və onun şagirdlərin təlim almalarına maksimal dərəcədə köməyi:
-dərsdə bütün didaktik prinsiplərin reallaşdırılması:
- şagirdlərin müvəffəqiyyətli təlim almaları üçün şəraitin yaradılması.
Dostları ilə paylaş: |