4. Bütün uşaqlarla əks əlaqə prinsipi. Mühüm vəzifədən biri hər bir dərsdə bütün uşaqlara öz müvəffəqiyyətləri barədə məlumat verilir. Bütün şagirdlərlə əks əlaqə prinsipi şagirdi hər dərsə hazır gəlməyə stimullaşdırır. Secmə yolu ilə sorğu aparanda şagirdlər oyun qaydalarını tez mənimsəyir, dərsə hərdənbir hazırlaşırlar. Beləliklə, sinifdə tələblər formalaşır. Şagird belə fikirləşir: Əgər, məndən işin nəticələrini soruşmayacaqsa hər dəfə nəyə hazırlaşmağımın nə əhəmiyyəti var. Şagirdlər dərsə gələndən bir necə həftə sonra şuurlu və şuursuz surətdə bu nəticəyə gəlirlər. Bu prinsipi lazımi şərait yaratdığı halda həyata kecirmək olar. Hər şeydən əvvəl ev tapşırıqları uşaqların gucunə muvafiq olmalıdır. Tapşırıqlar verən zaman başqa fənlər də nəzərə alınmalıdır. Cox təəssuf ki, məktəbdə ev tapşırıqlarının dəqiq həcmi yoxdur. Bu işdə muəllimlər muxtəlif cur hərəkət edirlər.