Kurs: II fənn: Pedaqogika -2 Mövzu


P.2.İlkin (diaqnostik ) qiymətləndirmə



Yüklə 494 Kb.
səhifə70/76
tarix10.01.2022
ölçüsü494 Kb.
#108829
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   76
P.2.İlkin (diaqnostik ) qiymətləndirmə. Diaqnostik qiymətləndirmə - şagirdlərdə formalaşmış bilik, bacarıq, vərdiş və səriştələrin ilkin səviyyəsinin müəyyənləşdiril­məsidir. Düzgün təşkil olunmuş diaqnostik qiymətləndirmə şagirdlərə öyrənilmiş materialın təkrarında vaxt itkisinə,onun üçün aydın olmayan və başa düşülməyən məsələlərin qalmasına imkan vermir. İlkin səviyyənin qiymətləndirilməsi üçün suallar elə tərtib olunmalıdır ki, onlar şagirdin hansı biliklərə malik olduğunu müəyyən etsin. Diaqnostik qiymətləndirmə adətən tədris ilinin başlanğıcında, fəslin birinci mövzusunun tədrisindən əvvəl, şagird sinfi və məktəbi dəyişdikdə keçirilir. Qiymətləndirmənin bu növü həm müəllim, həm də şagirdə mövcud situasiya və tələblər haqqında düzgün təsəvvür yaratmağa kömək edir.

Diaqnostik qiymətləndirmənin məqsədi – şagirdlərin təlim məqsədlərinə dair harada olmaları, yəni proqram üzrə mövzunun, tədris vahidinin əvvəlində hansı bilik və bacarıqlara malik olmaları haqqında məlumatların əldə edilməsidir.

İlk mərhələdə diaqnostik qiymətləndirmə fənn üzrə təlim səviyyəsinin, yəni şagirdin kursun, mövzunun öyrənilməsinə başlamadan əvvəl malik olduğu bilik, bacarıq, vərdiş və səriştənin formalaşma səviyyəsinin ilkin təhlilidir (burada dövlət standartı tələblərinə müvafiq sual və tapşırıqlar əvvəl öyrənilmiş mövzu, bölmələr üzrə tərtib olunmalıdır). Bu iş müəllimə yeni materialın öyrənilməsində hansı hissədə problemin yarana biləcəyi haqqında məlumat əldə etməyə və onların aradan qaldırılması üçün addımlar planlaşdırmağa kömək edəcək.


Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin