Portfolionun xüsusiyyətləri. Portfolio vasitəsi ilə qiymətləndirmə müxtəlif xüsusiyyətlərə malik çoxşaxəli prosesdir. Bura aşağıdakıları aid etmək olar:
-Həm formativ, həm də summativ qiymətləndirməni təmin edən fasiləsiz prosesdir. O, əvvəlcədən planlaşdırılmış təlim nəticələrinin əldə edilməsində şagird inkişafının monitorinqini təmin edir.
-Təlim prosesində şagird fəaliyyətinin müxtəlif aspekt və proseslərini göstərir.
-Şagird təfəkkür və özünütəhlil prosesində birgə refleksiyasını təmin edir. Bu prosesdə onlar öz şəxsi qavrayış və anlamalarını izləyir, problem həlli və qərar qəbulunda öz yanaşmaları üzərində fikirləşir, fənnin məzmununun başa düşülməsi və vərdişlərin təkmilləşdirilməsində şəxsi irəliləyişlərini müşahidə edirlər.
Portfolio müxtəlif yanaşmaları əks etdirsə də ümumi tələblər də mövcuddur. Portfolio:
-Proqramda (kurikulumda) müəyyən olunan məqsədlər aydın əks etdirilməli;
-Şəxsiyyətyönümlü təhsilin xüsusiyyətlərini dəstəkləməli;
-Yarımil və ya tədris ili ərzində yerinə yetirilən bütün fəaliyyət nümunələrini özündə cəmləşdirərək qiymətləndirmədə müxtəlif texnikaların tətbiqini nümayiş etdirməli;
-Şagirdlərin özünü qarşılıqlı qiymətləndirmə və müəllim tərəfindən qiymətləndirilən işlərin müxtəlif nümunələrini cəmləşdirməlidir.
Dostları ilə paylaş: |