Portfolionun qiymətləndirilməsi. Qiymətləndirmənin səmərəli həyata keçməsi üçün müəllim şagird inkişafının qiymətləndirilməsində müxtəlif strategiyalar tətbiq etməlidir. Portfolionun qiymətləndirilməsi bir sıra meyarları özündə ehtiva etməlidir:
-dərk etmə (refleksiya və yaradıcı təfəkkürün mövcudluğunu);
-təlim planının əsas məqsəd və göstəricilərinə müvafiq artım, təkmilləşmə və inkişaf;
-əsas proseslərin başa düşülməsi və tətbiqi;
-portfolioda təqdim edilən işlərin verilən tələblərə uyğunluğu;
-qeydlərin müxtəlifliyi (məsələn: şagirdlər tərəfindən planlaşdırılmış standartların əldə edilməsini nümayiş etdirən müxtəlif tapşırıqlardan istifadə).
Əsas meyarların müəyyən edilməsində müəllim və şagirdin birgə işləməsi vacibdir. Həmin meyarlar həm formativ, həm də summativ qiymətləndirmə zamanı şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi üçün istifadə edilə bilər.
Dostları ilə paylaş: |