6.Estetik tələbatlar (gözəlliyə, simmetriyaya, sistemliliyə, səliqəliliyə, harmoniyaya olan tələbatlar).
P.2. Motivlərin öyrənilməsi ən çətin praktiki məsələlərdən biridir.Əgər qarşıda təlimin keyfiyyətini yüksəltmək məqsədi qoyulursa, həmin məsələləri həll etmək lazımdır. Motivlərin öyrənilməsi onların formalaşması ilə qırılmaz surətdı bağlıdır.Bu istiqamətdə müəllimin praktiki fəaliyyəti aşağıdakı alqoritmə istinad etməklə həyata keçirilir.
1.Təlim məqsədlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi. Bununla əlaqədar olaraq təlim prosesini təmin etmək və nəzərdə tutulan vəzifələri həyata kecirmək üçün zəruri motuvlərin mahiyyətini, məzmununu, istiqamətini və gücünü təhlil etmək vacibdir. Əgər təlimin məqsədi və vəzifələri dövlət standartından kənara çıxmırsa, o zaman geniş məlum olan ümumi motivlər və stimullar hərəkətə gətirilir.
Dostları ilə paylaş: |