Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə49/76
tarix10.01.2022
ölçüsü494 Kb.
#108829
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   76
P.3. Rollu oyunlar

Oyunlar daha maraqlı və səmərəli iş formasıdır. Rollu oyun kiçik improvizasiya-pyes­dir. Onun məqsədi təlim materialının qavranılmasını və dərk edilməsini asanlaş­dır­maq, şagirdləri real təhsildə və həyatda baş verən vəziyyətlərə hazırla­maqdır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq fəaliyyətində, real mühitin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur. Müəllimin vəzifəsi öz personajına kənardan baxmağı öyrətmək, bu vəziyyətdə onun güclü və zəif tərəflərini başa düşməyə kömək göstərməkdən ibarətdir.



Tətbiq etmək qaydası.

- Müəllim əvvəlcədən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır.

- Oyunun iştirakçılarını ehtiyatla və ustalıqla seçmək lazımdır.

- Rolun ifası zamanı münaqişələrin yaranmasına yol verilməməlidir.

- Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.

- Müəllim sinfi öz rollarını ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa oynamağı, qalanlarına isə aktyorların oyununu müşahidə etməyi tapşıra bilər.

Oyunun sonunda şagirdləri ustalıqla rollarından “çıxarmaq” vacibdir. Yekunlaş­dırar­kən müəllim diqqəti aktyorların söylədiyi ayrı-ayrı sözlərə deyil, məşğələnin məqsədlərinə yönəldir.


Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin