Kurs: II fənn: Pedaqogika -2 Mövzu


Portfolionun xüsusiyyətləri



Yüklə 494 Kb.
səhifə74/76
tarix10.01.2022
ölçüsü494 Kb.
#108829
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   76
Portfolionun xüsusiyyətləri. Portfolio vasitəsi ilə qiymətləndirmə müxtəlif xüsusiyyətlərə malik çoxşaxəli prosesdir. Bura aşağıdakıları aid etmək olar:

-Həm formativ, həm də summativ qiymətləndirməni təmin edən fasiləsiz proses­dir. O, əvvəlcədən planlaşdırılmış təlim nəticələrinin əldə edilməsində şagird inkişa­fı­nın monitorinqini təmin edir.

-Təlim prosesində şagird fəaliyyətinin müxtəlif aspekt və proseslərini göstərir.

-Şagird təfəkkür və özünütəhlil prosesində birgə refleksiyasını təmin edir. Bu pro­ses­də onlar öz şəxsi qavrayış və anlamalarını izləyir, problem həlli və qərar qəbulunda öz yanaşmaları üzərində fikirləşir, fənnin məzmununun başa düşülməsi və vərdişlərin təkmilləşdirilməsində şəxsi irəliləyişlərini müşahidə edirlər.

Portfolio müxtəlif yanaşmaları əks etdirsə də ümumi tələblər də mövcuddur. Portfolio:

-Proqramda (kurikulumda) müəyyən olunan məqsədlər aydın əks etdirilməli;

-Şəxsiyyətyönümlü təhsilin xüsusiyyətlərini dəstəkləməli;

-Yarımil və ya tədris ili ərzində yerinə yetirilən bütün fəaliyyət nümunələrini özün­də cəmləşdirərək qiymətləndirmədə müxtəlif texnikaların tətbiqini nümayiş etdirməli;

-Şagirdlərin özünü qarşılıqlı qiymətləndirmə və müəllim tərəfindən qiymətləndi­ri­lən işlərin müxtəlif nümunələrini cəmləşdirməlidir.


Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin