Şəxsiyyətin hazırlıq səviyyəsi;
Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıqsəviyyəsi təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemindən ibarətdir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir.
Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir.
Dostları ilə paylaş: |