Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Şüur və şüursuzluq: dərk edilməyən psixi hadisələr



Yüklə 136,29 Kb.
səhifə30/69
tarix01.01.2022
ölçüsü136,29 Kb.
#104092
1   ...   26   27   28   29   30   31   32   33   ...   69
Şüur və şüursuzluq: dərk edilməyən psixi hadisələr
İnsanın psixi həyatının müəyyən bir sahəsi şüursuziuqla bağhdır. Psixoiogiyada şüursuziuq dedikdə, elə psixi proses və halların məcmusu nəzərdə tutulur ki, onlar gerçək hadisələrlə şərt- lənirlər, lakin insan onların təsiri haqqında özü- nə hesabat vermir. Bu zaman insan, adətən, ci- sim və hadisələrə münasibətini, öz əməllərinin motivlərini dərk etmir, onlan təhlil edib qiymət- ləndirə bilmir.

Şüursuzluq halları şüurdan müxtəlif əlamətlərə görə fərqlənir. Ən başiıca cəhət bundan iba- rətdir ki, cisim və hadisələr şüursuzluq sahəsində insanm emosiyaları, dünyaya emosional müna- sibətləri vasitəsilə əks olunur: insan çox vaxt heç özü də başa düşmədən «yazığı gəldiyi» adama güzəştə gedir, hər hansı bir konflikt şəraitində qadınlar, adətən, qadınları müdafıə edirlər, dəfn mərasimində təsadüfən iştirak edən hər hansı bir adam təsirlənib bəzən mərhumun qohumların- dan daha çox ağlayır. Bunların səbəbi ilə maraq- lansaq, məlum olacaq ki, heç onların özləri də nə üçün belə hərəkət etdiklərini aydın bilmirlər. Bu isə təsadüfı deyildir. Şüursuzluq sahəsində cisim və hadisələrin arasındakı oxşar və fərqli cəhətlər məntiqi təhlil yolu ilə deyil, emosional qiymətlər vasitəsilə müəyyən edilir. Şüursuzluq sahəsində, hətta eyni bir psixi aktda (məsələn, yuxugörmə zamanı) keçmiş, indiki və gələcək zamanın uzlaşması, bir-birinə qarışması da məhz bundan irəli gəlir.

Şüursuzluq hallanmn öyrənilməsi psixopato- logiya ilə bağlıdır. Fransız psixiatriya məktəbində (J.M.Şarko və b.) hipnoz metodu ilə aparılan təd- qiqatlar zamanı şüursuzluq hallannın patogen rol oynaması, xüsusilə təlqin zamanı insanın dav- ranışının dəyişilməsi və s. müəyyən edilmişdir. Bu faktlar Z.Freydin diqqətini cəlb etdi və o, həmin faktlara daha geniş məna verməyə başladı.

Z.Freyd hələ 1886-cı ildə isterik pozğunluq- ları təlqinlə müalicə etmək imkanlan ilə ma- raqlanırdı. Həmin illərdə bu sahədə ən intensiv tədqiqat fransız həkimləri tərəfındən apanlırdı. Z.Freyd onların təcrübəsini öyrənmək üçün Parisə gəldi. əwəlcə J.M.Şarkonun, sonralar isə İ.Berngeymin və K.Lebonun klinikalannda işlə- di. O, 1891—1896-cı illərdə isə həkim İ.Breyerlə birlikdə xüsusi hipnoterapiya metodunu işlədi.

Hipnoz üsulu ilə apanlan təcrübələr göstərdi ki, insanın hiss və cəhdləri, hətta dərk edilmədik- də belə onun davranışına istiqamət verə bilər. Məsələn, təcrübə zamanı pasientə belə fıkir təlqin olunur ki, o, hipnotik yuxudan oyanandan sonra çətiri bağlasın. Pasient bu komandanı yerinə yetirir. Ondan çətiri nə üçün bağladığım soruşurlar. Pasient öz hərəkətlərinin motivlərini adekvat izah edə bilmir.

VII Mövzu

Şəxsiyyətin inkişafının dövrləşməsi və hərəkətverici qüvvələri

Plan:


  1. Şəxsiyyətin ontogenizdə inkişafının təbii və mədəni səviyyələri. Psixologiya elmində yaş problemləri. Yaş və onun növləri: bioloji yaş, xronoloji yaş, psixoloji yaş, əqli yaş.

  2. Psixoloji ədəbiyyatında şəxsiyyətin inkişafının dövrləşməsi problemi. A) Bioloji yönüm. S.Xollun uşağın inkişaf konsepsiyası: rekapitulyasiya qanunu; şəxsiyyətin inkişaf fazaları.

B) Psixodinamik yönüm. Z.Freydin psixoanalizdə uşağın psixoseksual inkişaf mərhələləri haqqında təsəvvürlər.

C) E.Eriksonun inkişafın epigenetik konsepsiyası. Şəxsiyyətin psixososial identikliyi onun yetkinliyinin meyarı kimi.



3. Yaş dövrlərinin ümumi xarakteristikası


Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin