Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Plan 2. «Motivasiyanın tədqiqinin başlıca istiqamətləri»



Yüklə 136,29 Kb.
səhifə33/69
tarix01.01.2022
ölçüsü136,29 Kb.
#104092
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

Plan 2. «Motivasiyanın tədqiqinin başlıca istiqamətləri»


İnsan fəallığının mənbələri barədə mövcud təsəvvürlərə Ç.Darvinin «Növlərin təşəkkülü» adlı əsəri böyük təsir etdi. Onun nəzəriyyəsi motivasiya probleminin həllində üç istiqamətin inkişafı üçün əsas rolunu oynadı.

Birinci yanaşma insanı ali heyvan kimi nəzərdən keçirirdi. Bu yanaşmanın nümayəndələrinin iddiasına görə insan intellekti istisna hadisəsi deyil, milyonillik tarixi təşəkkülün məhsuludur.



İkinci yanaşma «insan və heyvan arasında keçid formaları sırası mövcuddur» tezisindən çıxış edirdi. Əgər insan və heyvan ümumi kökə malikdirsə, deməli adətən yalnız heyvanlara sırınan instinktiv tendensiyalar insanda da mövcuddur.

Üçüncü yanaşma mühitə uyğunlaşmanı təmin edən faktor kimi növdaxili dəyişikliyin mövcudluğu barədə müddəa irəli sürdü. Bu müddəa bir çox alimləri fərdi fərqlərin öyrənilməsinə yönəltdi.

V.N.Myasişev motivləri şəxsiyyətin münasibətləri kimi təhlil edir. A.N.Leontyev isə fəaliyyətin şəxsi mənası anlayışını daxil edir və «şəxsiyyətin formalaşması öz psixoloji ifadəsini motivasion sahənin inkişafında tapır» qənaətinə gəlir.



A.Maslounun motivlərin təsnifinin ierarxik modelinin başlıca ideyası motivlərin aktuallaşmasında nisbi üstünlük prinsipidir. Bu prinsipə görə yüksək səviyyəli tələbatlar davranışı müəyyən etməyə və aktuallaşdırmağa başlamazdan əvvəl aşağı səviyyəli tələbatlar təmin olunmalıdırlar.

Aşağı səviyyəyə aid tələbatları Maslou ehtiyaclar, aliləri isə inkişaf tələbatları adlandırır. Alimin qeydinə görə bəsit tələbatlar genetik cəhətdən daha qədimdir. Ali tələbatlar bəsit tələbatlarla müqayisədə subyektiv olaraq daha az vacib kimi qavranılsa da onların öyrənilməsinin nəticəsi kimi arzular həyata keçir, şəxsiyyətin inkişafı, xoşbəxtlik, sevinc, daxili zənginləşmə baş verir.



Motivlərin növləri

Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq müm­kündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri.

Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk edilməyən olmaqla daha iki qrupda birləşdirirlər.

Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamağımız, dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, ustanovkanı aid etmək mümkündür.

Motivlər özlərinin növləri ilə yanaşı davamlılıqları, emosional çalarları və ya modallıqları, qüvvələri və ifadə xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər.

Motivlər çoxdur. İnsanı fəaliyyətə eyni vaxtda müxtəlif motivlər təhrik edə bilər. Lakin bütün hallarda, onlar da, tələbatlar kimi, ierarxik quruluşa malikdir: motivlərdon biri əsas, aparıcı, digəri isə ikinci dərəcəli olur; sonuncular əsas motivlərdən asılıdır, onlara tabedir, hətta bəzən yalnız əlavə təhrik funksiyasını yerinə yetirirlər. Şəxsiyyət üçün həyati məna kəsb edən, onun, nесə deyərlər, həya-tının mənasına çevrilən, həyat perspektivlərini ifadə edən motivlər əsas motivlər kimi meydana çıxırlar.



Təlim motivləri
Motivlər hər bir fəaliyyət sahəsində özünəməxsus xüsusiyyətərlə təzahür edirlər. Bu cəhəti nəzərə alsaq, biz onların fəaliyyətin növlərinə görə: oyun, təlim, əmək və yaradıcılıq motivləri kimi xarakterizə edə bilərik.

Motivlərin dinamik xarakteristikası dedikdə bu cəhəti nəzərə ahrlar. Onlara aşağıdakılar daxildir:




  1. Yüklə 136,29 Kb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin