Xarakter haqqında məlumat
Xarakter yunanca naxış, iz deməkdir.
Xarakterin spesifik xüsusiyyətləri aşağıdakılardır.
Rəftar və davranışda biruzə verir.
Tipik şəraitdə davranış tərzini müəyyənləşdirir.
Davamlı fərdi xüsusiyyətlərin məcmuyudur.
Xarakter xasiyyət kimi də səciyyələnir. Xarakter insanın ən çox görünən tərəflərindən biridir. O emosiyalarla (xarakterin emosinal əlamətləri), iradə ilə (xarakterin iradi əlamətləri), və templə sıx bağlıdır. Xarakterin əsasında insanın münasibətləri durur. İnsanlar məhz ətraf aləmə insanlara və özlərinə olan münasibətlərə görə bir-birindən fərqlənirlər. Bu baxımdan xarakter fərdidir, xarakter eyni zamanda bütövdür və tipik şəraitdə rəftar və davranışda biruzə verir.
Xarakterin tərifi: Xarakter şəxsiyyət üçün tipik şəraitdə davranış tərzini şərtləndirən fəaliyyət ünsiyyətdə əmələ gələn rəftar və davranışda biruzə verən davamlı, fərdi, psixoloji xüsusiyyətlərin məcmuyudur.
Xarakter insanın motivasiya sahəsi ilə sıx bağlıdır. Belə ki, motivasiya sahəsi xarakterin formalaşmasına əsaslı təsir təsir göstərir. Şəxsiyyətin motivasiya sahəsinin özülünün dünyagörüş və əqidə təşkil edir.
Deməli,xarakter dünyagörüş və əqidədən bilavasitə asılıdır. Xarakter şəxsiyyəti rəftar və davranışa təhrik edir, yaxud çəkindirir.
Xarakter nəzəriyyələri.
Xarakterologiyanın müxtəlif istiqamətləri.
Bu istiqamət ilk dəfə olaraq xarakterin tiplərini xarici təzahürlərə görə müəyyənləşdirməyə cəhd göstərirdi. Bunun əsasında insanların müxtəlif şəraitlərdə davranışı proqnozlaşdırılırdı.
a). Bu istiqamətə aid olan baxışlar sistemindən biri insanın xarakter və davranışını onun doğum vaxtı ilə müəyyənləşdirilməsidir. Bu cəhdi göstərənlərdən biri ulduz falı (qoroskop) istiqamətidir.
b). Bu istiqamətin nümayəndələrindən bəziləri isə xarakteri təzahürünü onun adı ilə əlaqələndirirdi.
c). Xarakterologiya istiqamətinin ən bariz təmsilçilərindən biridə Fiziqnomika (fizik-təbiət, qnomo-bilən) istiqamətidir.
Fizyoqnomiklər hesab edirlər ki, insanın xarakterini onun xarici görkəminə xüsusilədə sifətinin quruluşuna və görkəminə görə müəyyənləşdirmək mümkündür. Deməli insanları xarici görkəminə görə müəyyən tiplərə ayırırdılar. Məs: Saçı cod olan adam tərs, başı yekə olan adam ağıllı, dişi seyrək, göy göz adam çox bilmiş, kələkbaz adamlardır.
Ç). Fizyoqnomikanın ən parlaq nümayəndələrindən biri İ. K. Lafaterdir. O hesab edirdi ki, insanın xarakterini onun başının quruluşunu, kəlləsinin konfiqurasiyasını (fiqurunu) və mimikalarını öyrənməklə müəyyənləşdirmək mümkündür. Hətda bəzi psixoloqlar hesab edirdilər ki, insanların fərdi xüsusiyyətlərini(xarakterini) onların bədənin müxtəlif vəziyyətlərinin pozalarına görə, yaxud yerişinə, oturuşuna hansı pozada yatmasına görə müəyyənləşdirmək mümkündür.
d). Xarakterologiya istiqamətinin təmsilçilərindən biri də Xiromantiya (xir-yunan dilindən əl kimi , manteya isə fala baxmaq deməkdir) tərəfdarlardır. Bu istiqamət əlin içindəki çizgilər vasitəsilə insanın xarakterini taleyini müəyyənləşdirir.
e). Xarici görkəminə görə xarakterin əlamətlərini müəyyənləşdirən istiqamətin nümayəndələrindən biri də E. Kreçmerdir. O 4 ən çox rast gəlinən bədən quruluşunu yaxud da kontitusiyanı ayırırdı.
1. Displastik-çiyinləri düşük. Ellips şəkilli yumutaya bənzər insanlar.
2. Piknik-alçaqboy, enli kürək bədəni və ayaqları qısa, kütənir adm.
3. Atletik-idmançı bədən quruluşlu.
4. Astenik yaxud leptosmetik-arıq,uzun.
2. K. Lenqardın və A. Y. Liçkonun konsepsiyası. Lenqard Alman psixyatırı, Liçko Leonqrad psixyatırı.
Bunların xarakter haqqında konsepsiyası xarakterin aksentuasiyası adlanır. Aksentuasiya-anlayışını psixologiyaya Alman psixyatırı Leonqard tərəfindən gətirilmişdir. O hesab edirdi ki, müəyyən tip insanların xarakterində bu və ya digər əlamətlər daha parlaq biruzə verir. Xarakterində hansı əlamətin daha parlaq biruzə verməsinə uyğun xarakterin aksentuasiyası tipini ayırmaq mümkündür. O hesab edirdi ki, xarakterin aksentuasiyası (o buna şəxsiyyətin aksentuasiyası da deyilir) başqa insanlarla ünsiyyətdə təzahür edir. Buna görə də insanların ünsiyyət stilini qiymətləndirməklə müəyən aksentuasiya tiplərini ayırmaq mümkündür. Tərbiyə düzgün qurulmadıqda, irsiyyət amili ilə əlaqədar xarakterin aksentuasiyasının tipi əmələ gəlir. Leonqardın etdiyi təsnifata aşağıdakı tiplər aid edilir.
Hipertim tip-hipertim artıq kontakta meyllidir, söhbətçildir, pantomimikası ifadəlidir, belələri tez-tez başladığı mövzuda söhbətdən yayınır, məsuliyyətsizlik üzündən onların ətrafdakı adamlarla münaqişələri yaranır. Əksər hallarda münaqişəni özləri başlayır, tənqidlərə dözümsüzdür. Enerjililiyi, fəallığı, optimizmi, ünsiyyəti, təşəbbüskarlığı müsbət, yüngül ağıllılığı, mənəviyyata zidd hərəkətlərə meylliliyi, tez qıcıqlanması mənfi əlamət kimi qiymətləndirirlir.
Distim tip-ünsiyyətə çətin girir, az danışır, pissimist əhvalı üstündür. Evdə oturmağı xoşlayır, nadir hallarda konfliktə girir, qapalı həyat tərzi keçirirlər. Dostluğu onlara olan köməkliyi yüksək qiymətləndirirlər. Tabe olmağa meyllidirlər, müsbət tərəfləri kimi ciddilikləri, vicdanlılıqları, ədalətlikliləri, mənfi keyfiyyətləri kimi isə passivliyi, təfəkkürdəki lənglik, fərdiyyətçilik qeyd olunur.
Tsikloid tip-əhvalları dövrü olaraq onların dəyişir. Buna uyğun olaraq onların ətrafdaklarla münasibəti dəyişir. Əhvalları yüksək olanda belə adamlar ünsiyyətcil, əhvalları mənfi olanda isə qapalı olurlar. Beləliklə əhvalları yüksək hipertimə bənzəyirlər, aşağı olanda isə distim tipə bənzəyirlər.
Oyanıq tip-bu tip ünsiyyət kontaktına çətin girir, verbal reaksiyaları ləngdir. Tez-tez belə adamların əhvalı tutqun olur, kobudluğa münaqişələrə meylli olurlar, əksər hallarda bunların törədicisi kimi çıxış edirlər, kollektivə çətin uyğunlaşırlar, ailədə hakimiyyətə meylli olurlar, emosiyaları sakit olanda özlərini vicdanlı, ədəbli aparırlar, uşaqları və heyvanları sevirlər. Emosional cəhətdən qıcıqlanandasəbirsiz olur, özlərini ələ ala bilmirlər.
Pedantiptik tip-belələri nadir hallarda konfliktə girir, bu zaman passiv olurlar, işdə özünü birokrat (mən deyən olmalıdır) kimi aparırlar. Başqalarına qarşı formal, əsassız, çoxlu tələblər qoyur, eyni zamanda digər liderlərə tabe olurlar. Evdəkilərdən xüsusi səliqə-səhman tələb edir. Müsbət tərəfləri: vicdanlılıq, səliqəlilik, ciddilik işdə etibarlılıq, mənfi tərəfi: formalizmə meyllilik, zəvzək, zəhlətökəndir.
Emotiv tip-belələri dar dairədə ünsiyyətə üstünlük verir,onlarla yaxşı kontakt yaradır, asn anlayır, tez-tez konfliktə girir, lakin, konfliktdə passiv rol oynayırlar. İncikliyini içinə vurur. Müsbət tərəfləri: xeyirxahlıq, başqalarının halına acımaq, məsuliyyətlilik, icraçılıq.
Mənfi tərəfləri: həddən artıq həssaslıq, hisslərə tez qapılmaq, tez küsüb ağlamaq.
Həyəcanlı tip-belələri ünsiyyət kontaktına çətin girir, özünə inamsızdır, tez həyəcanlanırlar, ətrafdakılarla konfliktə nadir hallarda girir, bu zaman ətrafda özlərinə dəstək axtarırlar. Müsbət tərəfləri: dostluğu sevmək, özünə tənqidi yanaşmaq, icraçılıq. Mənfi tərəfləri: köməksizlok, acizlik. Buna görə də tez-tez zarafat obyektinə çevrilir.
Nümayişçi tip-belələri ətrafdakılarla kontaktı asan yaradır, liderliyə can atır, hakimiyyətdən və tərifdən xoşu gəlir. Belələri insanlara yüksək səviyyədə uyuşma nümayiş etdirir, eyni zamanda çəkişmələrə, inteqrallara meyllidirlər. Adətən olduğu kimi görünmür, olmaq istədiyi kimi görünməyə çalışır. Ətrafdakıları mənəm-mənliklə bezdirir, qıcıqlandırır. Müsbət tərəfləri: nəzakətlilik, artistlik. Başqalarını özünə cəlb etmək bacarığı, davranış və təfəkkürdə qeyri adiliyi nümayiş etdirmək. Mənfi cəhətləri: eqaistlik, ikiüzlülük. Lovğalıq, işdən yayınmaq.
Ekzatik tip-belələri kontakta asan girir, çox danışan, tez vurulan, tez alüdə olandır, belələri tez-tez mübahisə edir, lakin konfliktə aparıb çıxarmırlar, konflikt zamanı onlar bəzən aktiv, bəzən də passiv çıxış edirlər. Onlar öz dostlarına və yoldaşlarına qarşı diqqətli olur, onlara çox bağlı olurlar. Onlar alturizmə (başqalarına təmannasız kömək etmək) başqalarının dərdinə şərik olmağa meyllidir, zövqləri yaxşıdır, parlaq təzahür edən və həqiqi hisslərə malikdir. Bu onların müsbət tərəfləridir. Tez panikaya düşən, əhvalları tez-tez dəyişəndir.
Ekstraverd tip- Belələri ünsiyyətə asan girir, yoldaşları çox olur, çox danışandılar, hər şeyi hamıyla bölüşməli olurlar tez-tez ətrafdakılarla konfiliktə girir lakin bu zaman passiv rolda çıxış edirlər. Hər yerdə onlar başqalarının liderliyinə rəvac verirlər, tabe olmağı üstün tutur və kölgədə qalağı sevirlər. Müsbət tərəfləri başqalarını axıra qədər diqqətlə dinləmək onların xahişlərini yerinə yetirməyə cəhd göstərmək, icraçılıq. Mənfi tərəfləri asan təsir altına düşmək, yelbeyinlik, hərəkətlərini kifayət qədər ölçüb biçməmək əyləncələrə meyillilik, qeybətə, söz gəzdirməyə meyillilik.
İntroverd- Başqalarından fərqli olaraq ünsiyyətə çətin girən, qapalılıq, reallıqdan uzaq filosofluğa meyilli olur, tənhalığı sevir, ətrafdakılarla konfilikdə yalnız onların şəxsi həyatına müdaxilə edəndə yaradırlar, emosiyanal cəhətdən soyuq olur, başqa admlara çox zəif uyuşur. Müsbət tərəfləri- özünü ələ almağı bacarmaq, möhkəm əqidəlilik, prinsipallıq. Mənfi tərəfləri- tərslik, öz ideyalarını təkidlə müdafiyə etmək(düz vəya səhv olmasına baxmayaraq) belə adamlar hər şeyə öz nöqteyi nəzərləri olur, adətən bu səhv olur, başqalarının rəyindən fərqli olur. Buna baxmayaraq onlar öz rəylərini dəyişməz saxlayırlar.
E.Frommun xarakterin tiplərinin təsnifatı.
Fromm insanın xarakterini insanın həyata, cəmiyyətə və mənəvi dəyərlərə münasibətə görə tiplərə ayırırdı. Frommun təsnifatı xarakterin sosiyal tipləri təsnifatıda adlanır. O hesab edirdi ki, insanların müxtəlif qruplara və sinifləri cəmiyyətdə öz sosial xarakterləri ilə seçilirlər. Fromm sosiyal xarakteri aşağıdakı tiplərə ayırırdı.
1. Mazoxist- sadist tip-Mozaxizm özünə əzab verən, istirab verən zövq alan, sadist isə başqasına əzab verən və zövq alan deməkdir. Bu tip adamlar öz həyatındakı uğurları və uğursuzluqların səbəblərini şəraitdə deyil, başqa adamlarda axtarırdılar. Bu səbəbləri aradan qaldırmaq üçün öz aqresyalarını şübhələndikləri səbəbkarlara qarşı yönəldirlər. Əgər səbəbkar özlərini görürlərsə aqresivliyi özlərinə qarşı yönəldirlər. Belələri özünü təhsil, özünü təkminləşdirmə ilə meyilli olurlar, başqalarını yaxşı tərəfə dəyişdirməyə cəht gösdərirlər. Belələri ətrafdakılar üçün təhlükə yaradır əlinə hakimiyyət keçəndə. Onlara öz istədiyi istiqamətdə dəyişdirmək məqsədi ilə zülm verir.
2. Təxribatcı(dağıdan) – Belələrinin xarakterində parlaq təzahür edən aqresivlik biruzə verir, onlar frustrasiya yaradan obyektləri məhv etməyə cəhd göstərirlər. Fromm qeyd edirdi ki, təxribatçının aqresivliyi onun zəifliyinin komponsesiyası kimi çıxış edir. Adətən təxribatcı kimi çıxış edənlərdən zəiflik və həyəcanlıq hissi yüksək olur.
3. Konformist-avtomad tip- Belələri özlərinin şəxsi və sosial həyatlarında çətin həll olunan problemlərlə rastlaşarkən özlərini itirirlər, onlar şəraitin digər insanların, sosial qrupların tələblərinə çox asan uyğunlaşır, onların təsiri altına düşürlər. Belələrinin demək olar ki, heç vaxt şəxsi rəyi olmur, öz mövqelərini ortaya qoymurlar. Belələri hər hansı bir tələblərə, hakimiyyətə asanlıqla tabe olurlar və şəxsi fikirlərini bu tələblərə uyğunlaşdırırlar.
4. Karl Yunqun nəzəriyyəsi.Yunq insanların xarakterini 2 əsas təsnifata ayırırdı: təsnifatlardan I ekstravert xarakter tipi, II introvert xarakter tipi adı verirdi.
Ekstravert tip-xarici aləmə, obyektlərə istinadən öz rəftar və davranışını qurur, belələrinin xarakterində impulsiv, təşəbbüskarlıq, ünsiyyətçilik yüksək olur, davranışı elastiki olur.
İntrovert tip-xarakterində isə az ünsiyyətçilik, qapalılıq, özünətəhlilə meyllilik yüksək olur, dəyişən xarici mühitə çətin uyğunlaşırlar. Onlar uğur qazansada yaxud uğursuzluğa məruz qalanda yalnız özlərini günahlandırırlar. İngilis psixoloqu eyni zamanda Ayzinq də bu təsnifatları qeyd etmişdir.
Dostları ilə paylaş: |