Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika psixoloqu Q.S.Salliven (1892- 1949) olmuşdur. O, əsasən K.Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşağıdakı şəkildə nəzərdə tutur: 1) incəliyə, əzizlənməyə tələbat, 2) həyəcandan qaçmaq cəhdi.
Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) olmuşdur. E.Erikson Almaniyada doğulmuş, 1927- 33- cü illərdə Venada Freydlə birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a köçmüşdür. O, eqo-psixologiya konsepsiyası yaradıcılarından biri olmuşdur.
Dostları ilə paylaş: |