Şəxsiyyətin eksperimental nəzəriyyəsi.
Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə diqqəti cəlb edən Q.Olport və Q.Merreyin persionoloji nəzəriyyəsidir. Amerika psixoloqu Qordon Olport (1897- 1967) şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır.
Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Amerika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruktorlar» konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır.
Dostları ilə paylaş: |