Şəxsiyyət haqqında koqnitiv nəzəriyyələr
Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox diqqəti cəlb edəni Amerika psixoloqu L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə əgər fərdin şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır.
Şəxsiyyətin biheviorist nəzəriyyəsi
Şəxsiyyətin biheviorist nəzəriyyəsi də psixologiya tarixində özünə müvafiq yer tutmuşdur. Bu sahədə B.F.Skinnerin (1904-1990) nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir. B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin nümayəndəsi olmuşdur. O, neobiheviorizmin əleyhinə çıxmış, psixologiya yalnız stimul, reaksiya və həmin reaksiyanın möhkəmləndirilməsinin zahiri müşahidə olunan qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmişdir.
Dostları ilə paylaş: |