A.Bandur və D.Dollardın sosial təlim nəzəriyyələri də şəxsiyyətin biheviorist nəzəriyyələri içərisində özünəməxsus yer tutmuşdur.
Şəxsiyyətin humanist nəzəriyyəsi
Nəhayət, humanist nəzəriyyə də şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində özünə sanballı yer tutmuşdur. Bunlardan K.Rocersin və A.Masloununözünüaktuallaşdırma nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi diqqət doğurur. Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı bir psixoloji törəmə kimi, insan təcrübəsinin inkişafı, ictimai davranış formalarının mənimsənilməsi məhsulu kimi baxırlar.
Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuşdur. O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. ən aşağı səviyyədə olan fizioloji tələbatlardan başlayaraq ən ali tələbat olan özünü aktuallaşdırmaya qədər ierarxik yüksəliş baş verir:
Fizioloji (üzvü) tələbatlar
Təhlükəsizliyə tələbat
Mənsubiyyətə və məhəbbətə tələbat
Hörmətə olan tələbat
İdrak tələbatları
Estetik tələbatlar.
Özünüaktuallaşdırmaya tələbat
Nəhayət, şəxsiyyətin humanistik nəzəriyyələrinə R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzəriyyəsidə daxildir. Bu nəzəriyyə humanistik psixologiyanın istiqamətlərindən birini təşkil edir.
Dostları ilə paylaş: |