Şəxsiyyətin formalaşmasında bioloji amillərin rolu.
İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsiyyətin maddi daşıyıcıları genlərdir. İrsən fiziki əlamətlər (qamət, sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir.
Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Baxın 16, Ü.Hacıbəyovun 4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.
Dostları ilə paylaş: |