Jan Piaje özünün “Uşağın mənəvi mühakimələri” kitabında zəngin eksperimental material əsasında belə nəticəyə gəlir ki, uşaqda 2 cür mənəviyyat mövcud olur. Ilk mənəviyyat məcburiyyət sayəsində baş verir: yaşlı ilə uşağın qarşılıqlı münasibəti sayəsində uşaq yaşlıların göstərişlərinə əməl etməyə çalışır. Mənəvi təhriketmə zamanı davranış tərzlərinin qiymətləndirilməsi onların ala biləcəkləri nəticələr əsasında həyata keçirilir.
İnkişafın gedişi zamanı məcburi mənəviyyat, uşaq öz yaşıdları ilə qarşılıqlı münasibəti sayəsində yaranan əməkdaşlıq mənəviyyatı ilə əvəz olunur. Bu münasibətlər 2 tərəfli dönmə xarakteri daşıyır. Uşaq öz hərəkətini qiymətləndirərkən davranış motivlərini daha çox nəzərə almağa başlayır. Qayda ağıllı razılaşmaya çevrilir, ədalətlilik, bərabərlik mövqeyindən nəzərdən keçirilir.
Piaje inkişafı ayrı-ayrı fərdlərin ətraf mühitlə qarşılıqlı münasibətlərinin daxili səbəblərindən törəyən mürəkkəbləşmənin nəticəsi kimi nəzərdən keçirir. Uşaq psixologiyasınınn inkişafı görkəmli İsveçrə psixoloqu Jan Piajenin böyük rolu olmuşdur. Piajeyə görə uşaq təbii, eyni zamanda, anadan olduğu andan daxili strukturaya malik fəal varlıqdır. Uşaqların hərəkətləri onu əhatə edən ətraf aləmlə şərtlənir: lakin o sadəcə olaraq xarici təsirlərə cavab verməklə kifayətlənmir, həm də onları mənimsəyərək formalaşır. Piajeyə görə uşaq, əvvəllər, ətraf aləmə özü üçün yad bir mühit kimi baxır: ətraf mühit uşağa müqavimət göstərir, o isə öz növbəsində cavab hərəkətləri ilə çıxış edir ki, bu da onun ətraf gerçəkliyə uyğunlaşmasını asanlaşdırır.
Jan Piaje öz nəzəriyyəsini inkişaf etdirərək göstərir ki, ətraf aləmlə qarşılıqlı təsir prosesində uşağın psixi inkişafında bir sıra dəyişikliklər baş verir. Uşağın inkişafında bioloji və sosioloji amillərin rolundan danışan alim, onları – iki xarici və bir-birinə təsir göstərən daxili qüvvə kimi şərh edir.
Fransız psixoloqu A.Vallon öz əsərlərində bioloji və sosioloji amillərin münasibəti məsələsini nəzərdən keçirmiş və uşağın psixi inkişafını bəşəriyyətin inkişafının təkrarı kimi şərh edən nəzəriyyələri kəskin tənqid etmişdir.
Anri Vallon psixi inkişafın hərəkətverici qüvvəsini uşağın onu əhatə edib get-gedə mürəkkəbləşən şəraitlə qarşılıqlı münasibətində görür. Bu inkişafa təsir göstərən şərtlər içərisində insani münasibətlər, davranış tərzləri və insanın yaratdığı şeyylər daha çox əhəmiyyət kəsb edir. Psixi inkişafın gedişi zamanı qeyd olunan qarşılıqlı təsirləri xarakteri dəyişilir. Əvvəllər uşağa xaricdən göstərilən təsir daha qüvvətli olur. Sonralar isə psixi inkişaf daxili zəminlərdən daha çox asılı olmağa başlayır. Onların inkişafı isə öz növbəsində uşağın hərəkət etdiyi şəraiyitin mürəkkəbləşməsindən asılı olur. Psixi inkişafın daxili zəminləri səciyyələndirən A.Vallon göstərir ki, onlar əslində həyata keçirilmə prosesində təzahür etdiyindən qat-qat çox və zəngindir.
Psixi inkişafı nəzərdən keçirən A.Vallon qeyd edir ki, bu inkişafın müəyyən edici nəticəsi uşaq şəxsiyyətinin formalaşmasıdır. Inkişaf keyfiyyətcə biur mərhələdən digərinə keçid şəklində həyata keçirilir, keçidlər isə böhranlar yolu ilə baş verir.
Mütərəqqi fikirli psixoloq Anri Vallon (1879-1962) uşaq psixologiyası problemlərini elmi mövqedən həll etməyə səy göstərir. Onun konsepsiyasını başlıca müddəaları öz əksini “Uşağın psixi inkişafı” (1941), “Hərə ətdən fikrə” (1942), “Uşaq təfəkkürünün mənbələri” (1945) və başqa əsərlərində tapmışdır.
A.Vallonun şagirdi və onun işinin davamcısı olan Rene Zazzo da göstərir ki, uşağın psixi inkişafında təbii və sosial olanları qarşı-qarşıya qoymaq o deməkdir ki, uşağın bioloji təbiyəti ilə ali heyvanların təbiyəti arasında keyfiyyətcə heç bir fərq yoxdur. Əlbəttə, məsələyə bu cür yanaşma uşağın ictimai təcrübəni mənimsəməsi mexanizmini başa düşəməyə imkan vermir.
Zazzonun fikrincə irsiyyət və mühit bir digərini tamamlayan bir-birilə dialektik vəhdətdə olan vasitələrdir. Uşağın təbii, irsi imkanları həmişə ətraf mühitdən asılı vəziyyətdə olur: mühit əlverişli vəziyyətdə olduqda inkişaf edir, əlverişsiz şəraitdə isə onlar reallaşa bilmir.
İndiyədək deyilənlərdən məlum olur ki, istər bioloji, istərsədə sosioloji cərəyan tərəfdarlarının nümayəndələri uşağın psixi inkişafında bioloji və sosiolji amillərin rolunu düzgün qiymətləndirməmişdirlər.
İnsanı biososial varlıq hesab edən müasir psixologiya elmi hər iki amilin təsirini qarşılıqlı vəhdətdə götürür.
Dostları ilə paylaş: |