Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Xarakterin əlamətlərinin təsnifatı



Yüklə 136,29 Kb.
səhifə45/69
tarix01.01.2022
ölçüsü136,29 Kb.
#104092
1   ...   41   42   43   44   45   46   47   48   ...   69
Xarakterin əlamətlərinin təsnifatı.

Xarakterin əlamətləri aşağıdakı təsnifata ayrılır və şəxsiyyətin münasibətlərinin məzmunu və istiqamətlərinə görə müəyyən olunur.



  1. Kollektivə və başqalarına qarşı münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.

  2. Əməyə münasibəti ifadə edən xarakterlərin əlamətləri-əməksevərlik, tənbəllik, məsuliyyətlik.

  3. İnsanın özünə qarşı münasibətini ifadə edən xarakter əlamətləri-təvazökarlılıq, lovğalıq, şöhrətpərəslik, sadəlövlük və s.

  4. Əşyalara qarşı münasibətləri ifadə edən xarakter əlamətləri-səliqəlilik, qayğıkeşlik, pintilik və s.

Sadalanan təsnifatlar bir-birilə əlaqədardır. Məs: müəyyən olunmuşdur ki, özünə hörmət etməyən insan başqasına hörmət etmir. Xarakterlərin bütövlüyündən danışanda onun əlamətlərinin qarşılıqlı əlaqdə olması nəzərdə tutulur. Məs. səliqəli adam yalnız qarşı, yaxud, əşyalara qarşı səliqəli olmur, eyni zamanda digər adamlara qarşı da səlıiqəli münasibət ifadə edir. Xarakterin təzahürü bütövdür. Xarakterin sosialdır, sonradan formalaşır. İnsan özündə bu və ya digər xarakterin əlamətlərini məqsədyönlü tərbiyə edə bilər. Eyni zamanda ona mane ola bilən xarakterlər əlamətlərini xarakterlərindən uzaqlaşdıra da bilər.

Xarakterin formalaşması.



Xarakter sosialdır və sonradan insanın həyatı boyu formalaşır. Xarakterin formalarında ilkin şərt kimi uşağın ətrafdakı insanlarla ünsiyyətlə girdiyi mühit qəbul olunur. Xarakterin formalaşması üçün ən senzitiv (həssas) dövr 2-3 yaşdan 9-10 yaşa qədərki dövr hesb olunur. Ona görə ki, uşaqlarla bu yaşda həmyaşıdları və ətrafdakı yaşlılarla daha çox və fəal ünsiyyətə girir. Bu yaşda onların ətrafdakıların təsirinə daha asan məruz qalırlar. Onlar ətrafdakılarla daha çox inanır, onlara sözlə təsir etmək daha asan olur. Uşaqların xarakterlərinin formalaşmasında yaşlıların 1-1 nə olan münasibətlərinin eləcədə onların uşağa olan münasibətlərinin rolu çox böyükdür.

Xarakterin fizioloji əsasları.

Xarakterin fizioloji əsaslarını dinamik streotipləri təşkil edir. Dinamik streotiplər dedikdə eyni şəkildə təkrar olunan qıcıqlandırma sisteminin təsirinə cavab olaraq əmələ gələn şərti reflekslərin toplusu başa düşülür.

Pavlov adi sinir fəaliyyətinin insana məxsus 3 tipini aird etmişdir. O bu tipləri insanda mövcud olan siqnal sistemlərinin təzahür xüsusiyətlərinə görə ayırırdı.

1 tip- Mütəffəkir tip (düşünən)-Bu tipdə II siqnal sistemi I-yə nisbətən üstünlük təşkil edən adamlardır. Məs. Yazıçılar, şairlər, natiqlər və.s.

II tip- Bədii tip- Bu tipdə I siqnal sistemi II nisbətən üstünlük təşkil edir. Məs. rəssamlar, heykəltəraşlar və.s.

III tip- Orta və ya qarışıq tip- Bu tipdə hər siqnal sistemi bərabər sürətdə təzahür edir.


Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin