3. Ailədaxili münaqişələr, böhranlar və onların aradan qaldırılması
Ailə canlı təsisatdır. О da dialektika qanunlarına tabedir. Bu mənada da söhbət heç də ailədə münaqişənin olub-olmaması haqqında getmir. Münaqişəsiz ailə əslində yoxdur və ola da bilməz. Bu məsələnin düzgün başa düşmək üçün, birinci növbədə, münaqişənin mənəvi məzmununa diqqət yetirilməlidir. Münaqişə ailədə ünsiyyətin özünəməxsus cəhəti kimi meydana çıxır, ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi kimi nəzərə çarpır.
Ailədə ər-arvad arasında ixtilaf doğuran səbəblərdən biri qısqanclıqdır. Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqancdırlar. Bəzən bu hiss belələrində heç bir əsas olmadan baş qaldırır və bunun üçün müəyyən bəhanə də lazım olmur. Səbəb onun daxili aləmində, təbiətindədir. Qısqanclıq üç şəkildə özünü büruzə verir:
a) kişi və ya qadın azca qısqanır, sonra yanıldığını başa düşüb peşmançılıq hissi keçirir, zəifliyinə təəssüflənir;
b) kişi və qadın sən dərəcə özündən çıxır, danışığına, hərəkətlərinə hədd qoymur;
c) kişi və qadın yalnız özünə təsəlli verməklə kifayətlənir.
Ailədə münaqişə şəraitini necə aradan qaldırmaq olar?
Mütəxəssislərin fıkrincə, bunun üçün ilk növbədə ər-arvad münasibətləri mədəniyyətini, nigah mədəniyyətini, bir sözlə, ailə mədəniyyətini yüksəltmək lazımdır.
Dostları ilə paylaş: |