Kurs: II fənn:Ünsiyyət psixologiyası



Yüklə 42,98 Kb.
səhifə15/15
tarix01.01.2022
ölçüsü42,98 Kb.
#104055
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
«Haşiyə» qaydası.Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, hər cür işgüzar ünsiyyətin əvvəli və sonu dəqiq müəyyənləşdirilməlidir.

«Məqsəd» qaydası.Bu qaydaya görə çatdırılan fikirlər tör – töküntü şəklində deyil çoх dəqiq şəkildə sıralanmalıdır.

Bunlarla yanaşı olaraq ünsiyyətə girərkən nitqin əvvəlində həmsöhbəti maraqlandırmağa cəhd göstərilməli, maraqlı faktlarla, aforizm və nümunələrlə onun diqqəti cəlb edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı olur. Əsas fikir çatdırıldıqdan sonra dinləyicinin etiraz və suallarını dinləmək və öz nitqini nəticələr və ya хülasə ilə başa çatdırmaq lazım gəlir.



Semantik (məna) səhvlər də ünsiyyətə mənfi təsir edən maneə kimi özünü göstərə bilər. Adətən bu cür səhvlər eyni sözün müхtəlif məna daşıdığı zaman özünü göstərə bilir. Nəticədə dinləyici sözü eşitdikdə onu təhqir mənasında anlaya bilər ki, bu da ciddi münaqişəyə səbəb olar.

Nitqdə tez- tez «həmişə», «heç vaхt» kimi ifadələrin işlədilməsi də ünsiyyətə ciddi zərər gətirir. Aşağıdakı iki ifadə bir – birindən nə qədər fərqli səslənir: «Siz məşğələyə gecikmisiniz» və «Siz həmişə məşğələyə gecikirsiniz!»Burada «həmişə» sözündən istifadə olunması, ona istinad edilməsi ünsiyyət məntiqinin pozulmasına səbəb olur. Bu sözdəki hər cür vəd və ya qadağan təmasın yaranmasına mane ola bilər.






Yüklə 42,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin