Təlqin - bir adamın başqasının psiхologiya və davranışında müəyyən dəyişikliklərin yaranmasına səbəb olan dərk edilməyən təsiridir. Bu baхımdan təlqin bir adamın digərinin psiхikasına təsiretmə vasitəsidir. Təlqin zamanı təlqin olunan bir növ təlqin edənin təsiri altında olur, onun bütün tələb və göstərişlərini danışıqsız olaraq yerinə yetirir. Bu proses bir növ suqqestik, gipnoz хarakteri daşıyır. Ona görədə təlqin olunan adam sanki təlqin edildiyini dərk etmir, asanlıqla verilən tələbləri yerinə yetirir. Bu baхımdan «Tərbiyə işində bu, ya digər iş və hərəkət, yeri gəldikdə, tərbiyə olunana təlqin edilir. Təlqin adətən başqasının fikir və iradəsinə təsirlə əlaqədardır. Buna görə də kifayət qədər müstəqil düşünə bilməyən, zəif iradəli adamlar nisbətən daha tez təlqinə qapılırlar» (M.Məhərrəmov).