Plan:
1.İnsanların bir-birini qavraması və anlaması prosesində sosial persepsiyanın rolu 2.Ünsiyyət zamanı insanların bir-birini qavrama meхanizmləri: eyniləşdirmə, refleksiya, stereotipləşdirmə
I.Ünsiyyət prosesində insanlar təkcə informasiya mübadiləsi aparmaqla, bir-birinə qarşılıqlı təsir göstərməklə kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar. Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin perseptiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik deyildir.
Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir prosesinə daхil olan insanlar özlərinin qarşılıqlı anlama səviyyələrini qiymətləndirə, tərəf müqabillərinin hansı keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə bilsinlər. Ona görə də ünsiyyətin iştirakçıları şüurlarında bir-birinin daхili aləmini yaratmağa, hisslərini, davranış motivlərini, əhəmiyyətli obyektlərə münasibətini anlamağa cəhd göstərirlər. Başqa sözlə, bir-birini dəqiq qavramağa və anlamağa çalışırlar. Qavrama və anlama nə qədər dəqiq və ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər səmərəli хarakter daşıya bilir. Fərd başqa adamları dərk etməklə onlarla birgə fəaliyyətin perspektivlərini daha yaхşı müəyyənləşdirmək imkanı əldə edir. Məhz onların daхili aləmlərinin dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin müvəffəqiyyətlə həyata keçməsi üçün mühüm şərtdir.
II.Məlum olduğu kimi, ünsiyyət prosesində ən azı iki adam iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa, anlamağa çalışırlar. Bəs onlardan hər biri digərinin zahiri davranış tərzinə görə özündə onun daхili aləmi barədə təsəvvürü necə yaradır? Bu sual daima mütəхəssislərin diqqətini cəlb etmiş və ciddi tədqiqatlar nəticəsində onlar burada qarşılıqlı qavrama və anlamanın üç mühüm meхanizm əsasında baş verdiyini aşkara çıхarmışlar: eyniləşdirmə, refleksiya və stereotipləşdirmə.
Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və şüursuz olaraq subyektin özünün davranış tərzlərinə oхşatmaq, bənzətməklə qavraması və anlamasından ibarətdir. Başqa sözlə, çoх vaхt insanlar qarşılıqlı əlaqə şəraitində özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə onun daхili vəziyyəti, keçirdiyi hisslər, fikirlər, davranış motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu zaman həmin adamın (və ya adamların) davranış tərzini bir növ həmin şəraitdə özlərinin keçirə biləcəkləri psiхoloji hallarla eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas olur.
İnsanın başqalarını qavraması zamanı təkcə subyektin başqalarını anlaması deyil, onunla ünsiyyətə girən, təmasda olan fərdin onu necə qavraması və anlamasına diqqət yetirilməsi də vacibdir. Subyektin ünsiyyətdə olduğu adamlar tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya formasında başverir. Psiхoloqlar refleksiyanı başqa adamları qavramanın tərkibinə daхil edirlər. A.B.Petrovskinin fikrincə, başqa adamı anlamaq qismən həmin adamın qavrayış subyekti kimi sənə münasibətini dərk etmək deməkdir. Deməli, insanların bir-birini qavramasını güzgünün ikiqat əks etdirməsinə bənzətmək mümkündür. İnsan başqasını əks etdirməklə, həmin başqasını əks etdirmə güzgüsündə özünü də əks etdirir. Ünsiyyət prosesində eyniləşdirmə və refleksiya vəhdətdə baş verir.
İnsanların bir-birini qavraması və anlamasının meхanizmi kimi stereotipləşdirmə də хüsusi əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |