İnkişaf sahələri - uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.
Məzmun standartı - dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyduğu dövlət tələbidir.
Təlim strategiyası- təlim prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur.
İnteqrasiya - müəyyən təhsil sistemi çərcivəsində uşaqların təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir.
Resurslar - Standartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələridir.