Formal təhsil hər birimizin ilk mənasında başa düşdüyü təhsil sistemidir ki, buna Ali məktəblərdə,məktəblərdə, kolleclərdə aldığımız strukturu əvvəlcədən müəyyənləşmiş təhsil sistemi aiddir.
Qeyri-formal təhsil müəyyən strukturu qəbul edilməmiş,şəxsin öz istəklərindən asılı bir formadır. qeyri-formal təhsilə nümünə olaraq, Azərbaycan reallığında hər hansı bir dil kursuna getməyinizi, hər hansı bir təlimdə iştirak etməyinizi nümünə çəkə bilərik.
İnformal təhsil isə hər birimiz həyatında statusumuzdan asılı olmayaraq olan və bizə yetərincə təsir edən formadır. Muzeylərə ziyarət,radiolara qulaq asmaq, elmi məqalələri oxumaq,elmi musabiqələrdə,seminar və konfranslarda iştirak hər biri bu bu formaya aiddir. İnformal təhsilin əsas mənfi cəhətlərindən biri aldığımız informasiyanın yetərincə dəqiq olmama ehtimalıdır kı, buna əsasən informasiyanı alan tərəflər diqqətli olmalıdır.
Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən), sərbəst təhsilalma (mühazirə salonları, kitabxanalar, məlumat mərkəzləri, klublar, tele və radio tədris proqramları və s. )formaları müəyyən olunmuşdur və təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur:
1.Məktəbəqədər təhsil.
2. Ümumi təhsil:
2.1. İbtidai təhsil;
2.2. Ümumi оrta təh-sil;
2.3. Tam оrta təhsil.
3. İlk peşə-iхtisas təhsili.
4. Оrta iхtisas təhsili.
5. Ali təhsil:
5.1. bakalavriat;
5.2. magistratura;
5.3. dоktоrantura.
6.Məktəbdənkənar təlim-tərbiyə
7. Sərbəst təhsil
1.Məktəbəqədər təhsil- məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən, ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin formalaşdırılması prosesidir.
Məktəbəqədər təhsil müəssisəsi - məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və məktəbəhazırlığını həyata keçirən təhsil müəssisəsidir
Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir: körpə evləri, körpə evləri-bağçalar, bağça-internatlar, uşaq evləri, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri və s.
2. Ümumi təhsil - Ümumi təhsil üç pillədən ibarətdir:
1. Ibtidai təhsil (I—IVsiniflər);
2. ümum orta təhsil (V—VIII siniflər);
3. tam Orta təhsil (IX—XI siniflər).
3. İlk peşə-iхtisas təhsili - Peşə məktəblərinə icbari təhsili başa vuran sənətə meyilli şəxslər, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəsini dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar. Peşə məktəblərində orta təhsil verilmir. Peşə-tədris müəssisələrinin məzunlarına öyrəndikləri peşəyə müvafiq olaraq müxtəlif dərəcələrdən olan «sənətkar» ixtisası verilir.
4. Оrta iхtisas təhsili - texnikumlar, kolleclər)-orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Orta ixtisas məktəbləri bitirənlərə subbakalavr dərəcəsi verilir.
5. Ali təhsil - Ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. müəyyən peşə istiqaməti və ya konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlanır, sahə (fakültə) elmi şurasının qərarı ilə «bakalavr» ixtisas və elmi dərəcəsi verilir. Magistraturada dərin ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarığı və vərdişləri formalaşdırıl-masına, xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirilir. Magistraturanı başa vuranlar müdafiə etdikləri elmi işə görə ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə «magistr» ixtisası və elmi dərəcəsi alır. Ancaq doktoranturanı başa vurub ixtisaslaşdırılmış elmi şurada doktorluq dissertasiyası müdafiə etmiş və «doktor» elmi dərəcəsi almış yüksək ixtisaslı mütəxəssislər ali məktəblərin «magistratura» pilləsində fəaliyyət göstərə bilərlər.
Dostları ilə paylaş: |