Kurs: III kurs iŞİ Mövzu


Turoperatorların təsnifatı



Yüklə 97,6 Kb.
səhifə10/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Turoperatorların təsnifatı. Turoperatorlar müəyyən ixtisaslaşma sahəsinə (fəaliyyət məsələlərinə), nəqliyyat vasitələrinə, destinasiyalara, fəaliyyət dairəsinə və müəssisə həcminə görə ayrılmışdır.

Turoperatorlar ixtisaslaşma sahələrinə (fəaliyyət məsələlərinə) görə aşağıdakı formada təsnif olunur:



  1. Mədəniyyət turları təşkil edən;

  2. Kütləvi turlar təşkil edən;

  3. Kruiz (gəmi turları) turları təşkil edən;

  4. Şəhər turları təşkil edən;

  5. Xüsusi məqsədli turlar təşkil edən turoperatorlar.

Nəqliyyat vasitələrinə görə turoperatorlar belə təsnifatlaşdırılır: nəqliyyat cəhətdən dəniz yolu, quru, havayolu və dəmiryolu ilə turlar təşkil edəcək turoperatorlar.

Destinasiyalara görə həyata keçirilən təsnifatda qısa (məsələn, Azərbaycadan Rusiyaya), orta (məsələn, Azərbaycandan Çexiyaya) və uzaq (məsələn, Azərbaycandan Taylanda) məsafəli turlar təşkil edən turoperatorlar fərqləndirilir.

Fəaliyyət dairəsi baxımından həyata keçirilən təsnifatda turoperatorlar tək ölkə üzrə (məsələn, Azərbaycan), tək region üzrə (məsələn, Skandinaviya regionu), ya da birdən çox ölkə və region üzrə turlar təşkil edən turoperatorlara ayrılır.

Müəssisə həcminə görə aparılan təsnifatda sadəcə istehsalçı turoperatorlar (sadəcə zərf tur hazırlayan turoperatorlar) və topdan istehsalçı turoperatorlar (turları istehsal etməklə kifayətlənməyib öz agentlikləri və ya başqa agentliklər vasitəsilə satan turoperatorlar) kimi iki qrup ayırd edilir.


Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin