Kurs: III kurs iŞİ Mövzu



Yüklə 97,6 Kb.
səhifə13/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   ...   10   11   12   13   14   15   16   17   18
Admistrativ vəzifələr: Turoperatorlar turizm məhsulundan faydalanan istehlakçıların qeydiyyatını apararaq əlaqədar sənədləri hazırlamalı və mühasibatın aparılması üçün lazımi qiymətləndirmələri həyata keçirməlidir.

  • Satışdan sonrakı vəzifələr: Hazırladıqları turizm məhsulunu alan istehlakçılara aid məlumatların toplanması, məmnunluq səviyyəsinin ölçülməsinə yönləmiş anketlərin hazırlanması və tətbiq edilməsi ilə müştəri əlaqələrinin idarəsinin təmini turoperatorların satışdan sonrakı əsas vəzifəsidir.

    Destinasiyaların seçilməsində turoperatorların töhfəsi. Turoperatorlar bir turizm məhsulu hazırlayarkən məhsulun formalaşdırılma mərhələsində ilk olaraq hansı destinasiyada hansı zərf turun yararlı ola biləcəyinə dair ətraflı bir araşdırma aparmaqdadır. Bu araşdırmanın əvvəlində turoperatorlar baxımından regionun turizm tarixi ilk araşdırılacaq məsələ olacaqdır. Burada məhsulun hazırlanmasında xüsusilə, yeni bir regionun seçilərək orada tur üçün fəaliyyətlərin həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Seçiləcək destinasiyanın yerləşdirmə, qida, əyləncə, nəqliyyat və sağlamlıq cəhətdən müəyyən bir infrastruktura malik olması, regionun inkişaf səviyyəsi, iqlim şəraiti, siyasi quruluş, digər turoperatorlar baxımından regionun cazibədarlığı, məşğulluğun səviyyəsi və bazarın vəziyyəti turoperatorları maraqlandıran başlıca cəhətlər arasında yer almaqdadır. Bundan əlavə region xalqının turizmə olan münasibəti, sosial-iqtisadi inkişaf səviyyəsi, ətraf mühitin şəraiti ilə coğrafi xüsusiyyətlər turoperator üçün əhəmiyyət kəsb etməkdədir. Turoperator tərəfindən bütün bu məsələlərə diqqət yetirilməsində əsas məqsəd bu destinasiyanın mənfəətli olub-olmayacağı sualına cavab tapmaqdır.

    Bir destinasiya baxımından məsələyə yanaşıldıqda isə bir turoperator tərəfindən regionun turproqrama daxil edilərək turizmə qoşulması və ya mövcud turizm imkanlarının inkişaf etdirilməsinin də müəyyən nəticələri meydana çıxacaqdır. Regiona gələcək turistlərə olan münasibət xüsusilə, yeni bir destinasiyanın özünəxas daxili qüvvələri tərəfindən turizmin qəbul olunub-olunmadığına dair göstərici kimi çıxış edəcəkdir. Turoperatorların turizm məhsulunu hazırlamazdan əvvəl və sonra həyata keçirdikləri daimi araşdırmalar ilə turist-yerli xalq əlaqəsinin yaxından təqib olunması turoperatorların fəaliyyətlərinin daimiliyi baxımından əhəmiyyətlidir. Region xalqı tərifindən qəbul edilməyən, mədəni və sosial həyata zərər verən ünsür kimi qiymətləndirilən hər növ turizm məhsulu orta müddətli dövrdə turoperatorlar üçün mənfi nəticələr yaradacaqdır. Bununla yanaşı region xalqına dəstək olacaq tədbirləri də özü ilə gətirəcək fəaliyyətlər həyata keçirən turoperatorlar həm regionu ticari mənada qazanmış olacaq, həm də turizmin sosial miqyasına da töhfə verən tətbiqləri reallaşdırmış olacaqdır.




    Yüklə 97,6 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   10   11   12   13   14   15   16   17   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin