Kurs: III kurs iŞİ Mövzu


Turoperatorluq fəaliyyətində təşkilatlanma



Yüklə 97,6 Kb.
səhifə14/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   ...   10   11   12   13   14   15   16   17   18
Turoperatorluq fəaliyyətində təşkilatlanma. Turoperatorlar meydana çıxan rəqabət şərtləri səbəbi ilə öz aralarında regional təşkilatlar yaradaraq ortaq hərəkət, siyasət yeritmək və lobbiçilik fəaliyyəti üçün təşkilati bir formada işlər həyata keçirməkdədir. Bu formada meydana çıxan təşkilatlar turoperatorların qarşılaşdığı mənfi cəhətləri minimuma endirmək və sektor dinamikasını canlı tutmaq məqsədini daşımaqdadır. Dünyadakı bəzi turoperator təşkilatlarına aşağıdakıları nümunə göstərmək olar:

USTOA (United States Tour Operators Association). 1972-ci ildə yaradılan Amerika Birləşmiş Ştatları Turoperatorları Assosiasiyasının qərargahı Nyu-york şəhərində yerləşir. USTOA üzvləri illik 11 milyon sərnişin ilə təxminən 9 milyard dollardan çox satış həcmi əldə edən böyük bir təşkilatı ifadə etməkdədir.

ECTAA (The European Travel Agents’ and Tour Operators’ Association). 31 üzvdən ibarət olan bu təşkilatın Avropadakı səyahət agentlikləri və turoperatorların qanuni hüquqlarının qorunması, Avropa İttifaqı daxilində lobbi yaradılması və qərarverici mexanizmlərdə vəzifələrin tutulması kimi məsələlərdə aktiv fəaliyyətləri mövcuddur.


Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin