Kurs: III kurs iŞİ Mövzu



Yüklə 97,6 Kb.
səhifə5/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   2   3   4   5   6   7   8   9   ...   18
§2. Turizmdə sahibkarlıq

Yaradıcı əməklə məşğul olan insanların öz fəaliyyətlərini həyata keçirə biləcəyi istiqamətlərdən biri də sahibkarlıqdır. Sahibkarlıq fəaliyyəti ilə insanlar bir sosial varlıq kimi özünün sahib olduğu və bazar imkanlarını dəyərləndirməyə çalışır. Bu fəaliyyət nəticəsində cəmiyyətə yaralı maddi nemətlər və xidmətlər hazırlanır.

Hər bir fəaliyyətin əsasını ideya təşkil etdiyi kimi sahibkarlığın bünövrəsində də ideya durur. Sahibkarlar özünəxas yeni ideyaları tətbiq edərək onlar uğurlu olduğu təqdirdə mənfəət əldə edir, həm də cəmiyyətin müxtəlif tələbatlarının qarşılanmasına kömək edir. Buna görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər daim inkişaf edən cəmiyyəti və onun istəklərini araşdırır, bunlar üzrə uzunmüddətli planlar qurur və onları həyata keçirir.

Sahibkarlığı cəmiyyətin ümumi inkişafından ayrı bir element kimi təsəvvür etmək olmaz. Bir qisim fikirlərə görə sahibkar yalnız mənfəət əldə etmək üçün riskləri öz üzərinə götürərək, öz təşəbbüsü hesabına məhsul və xidmətləri istehsal edən şəxs kimi bilinsə də, o, iqtisadi proseslər çərçivəsində subyektlər arasındakı rəqabəti artıran professional bir təşkilatçı kimi də qəbul olunur.

Sahibkar və sahibkarlıq azad bazar iqtisadiyyatının və işgüzar biznes mühitinin əsas simvollarından biridir.


Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin