Kurs: III kurs iŞİ Mövzu



Yüklə 97,6 Kb.
səhifə7/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Turoperator – lisenziya əsasında turizm məhsulu formalaşdırıb, onu istehlakçıya doğru hərəkət etdirib, reallaşdıran hüquqi şəxs və ya fərdi biznesmen formasında bir sahibkardır.

Turagentlər isə turistlərlə turoperator arasında sırf informasiya xarakterli xidmətlər göstərən sahibkarlardır.

Turistlərin mənafeləri cəhətdən bu sahibkarların əhəmiyyəti ondan ibarətdir ki, onların köməyi ilə səyahətçilər vaxta və vəsaitə qənaət edir. Nəzərə alsaq ki, turistlərin əksəriyyəti işgüzar insanlardır və onların iş gününün dəyəri kimi asudə vaxtlarının da dəyəri yüksək qiymətləndirilməlidir. Turizmin, xüsusilə beynəlxalq turizmin təşkilində yaranan bir sıra zəruri rəsmiyyətçilik (viza, sığorta və s.) işləri turoperator və turagentlər sayəsində sadələşdirilmiş formada həyata keçirilir. Alınan nəticə isə turistlər cəhətdən də faydalı sayılır. Burada qeyd olunmalı digər bir müsbət nəticə isə turizm xidmətlərinin alıcısı kimi turistlərin daha az maddi məsrəf çəkmələridir. Növbəti və ən mühüm əhəmiyyət kəsb edən cəhət isə bu fəaliyyətin turizmdə geniş vasitəçilik funksiyası daşımasıdır. Yaşadığımız müasir dövr həm turizmin, həm informasiya texnologiyalarının, eləcə də bütün dünyanı bir-birinə bağlayan internetin sürətli inkişaf dövrüdür. Belə bir dövrdə müasir potensial turist öz turizm marşrutunu internet vasitəsilə seçib, onun haqqını ödəyə bilər. Lakin yaranmış bu texniki imkanlar turizm sahibkarlığının fəaliyyət imkanlarını məhdudlaşdırmayıb, əksinə onu daha da genişləndirib. Turizm müəssisəsi, onun personalı müvafiq marşruta uyğun olaraq öz bilik və təcrübələrinə əsaslanan məsləhətlər verə bilərlər. Bu isə turistin onunçün qeyri-müəyyən olan mühitdə hərəkət etməsinə əhəmiyyətli yardım edir.

Turizm biznesinin dayanıqlı, yəni turməhsulun uzun müddət dayanıqlı olması arzu edilirsə turoperator başda olmaqla bütün turizm sahibkarları öz işinə innovativ yanaşmalıdır. Burada dayanıqlılığın təmin olunması üçün təkcə mənfəətin təmin olunması və onun maksimumlaşdırılması kifayət etməyə bilər. Hər hansı bir şəxs kiçik bir turizm sahibkarı kimi, məsələn, restoran sahibi kimi fəaliyyətə başlasa onun qarşısında turistlərə təklif olunan məhsulun, göstərilən servisin, bunların fiziki olaraq reallaşması prosesinin və idarəetmənin yeniləşdirilməsi kimi innovativ məsələlər yaranacaqdır. Bütün bu sadalanan faktları yerinə yetirmək hər bir sahibkar üçün vacibdir. Çünki yenidənqurmaya, dəyişikliyə getməyən sahibkar öz rəqiblərindən geri qalacaq və tədricən bazardan sıxışdırılıb çıxarılacaqdır. Azad bazar iqtisadiyyatının hökm sürdüyü müasir dövrümüzdə bütün sahibkarlar kimi turizm sahibkarları da bu məsələləri ciddi şəkildə nəzərə almalıdır.

Ümumilikdə sahibkarlıq fəaliyyəti turizm üçün də olduqca əhəmiyyətli olub turistlərin razılıqlarının təmin olunmasındakı mühüm faktorlardan biridir. Buna görə də bütün turizm sahibkarları yuxarıda sadalanan faktlara uyğun olaraq öz fəaliyyətlərini düzgün bir şəkildə qurmalı və turizmin inkişafına öz töhfələrini verməlidir.




Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin