Kurs: III kurs iŞİ Mövzu


§3. Turoperatorluq xüsusi növ sahibkarlıq fəaliyyəti kimi



Yüklə 97,6 Kb.
səhifə8/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
§3. Turoperatorluq xüsusi növ sahibkarlıq fəaliyyəti kimi

Turoperatorlar və onların xüsusiyyətləri. Səyahət məqsədli yerdəyişməni təmin etmək üçün lazımi xidmətləri bir araya gətirib zərf məhsul formasında əhaliyə satan istehsalçılar turoperator olaraq adlandırılmaqdadır. Bir başqa tərifə görə isə turoperatorlar müəyyən bir turistik regiona xas olan nəqliyyat, yerləşdirmə, qida, əyləncə və rekreasiya xidmətlərini bir araya gətirib müəyyən bir qiymətə istehlakçıların istifadəsinə təqdim etməkdədir.

Ümumdünya Turizm Təşkilatına (ÜTT) görə turoperatorlar turizm tələbini yarada biləcək nəqliyyat, yerləşdirmə kimi turizm məhsulunun tərkib hissələrini bir araya gətirərək müəyyən bir mərkəzdə gecələmə məqsədli turlar formalaşdırıb bu fəaliyyəti müəyyən bir qiymət qarşılığında təqdim edən müəssisələrdir.



Turizmdə turizm məhsulunu birbaşa və ya dolayı olaraq istehlakçıya çatdırmaqda körpü rolunu öz öhdəsinə götürən turoperatorlar sahib olduqları müəyyən xüsusiyyətlər ilə turizm sektorunun ən vacib subyektləri sırasında yer almaqdadır. Bu xüsusiyyətlər aşağıdakılardır:

  • Turoperatorlar hazırladıqları turizm məhsulunu birbaşa və ya dolayı olaraq istehlakçıya təqdim etməkdədir. Əsas məhsul isə turzərfdir;

  • Turoperatorlar otel transferindən yerləşdirməyə, qida servisindən tutmuş kiçik turların təşkilinə qədər detalları planlaşdırmaqdadır;

  • Turoperatorlar turizm məhsulunun təşkilindən marketinqinə qədər olan müddətdə müəyyən riskləri də öz öhdələrinə götürməkdədir;

  • Turoperatorlar turizm məhsulunun formalaşdırılması və marketinqi mərhələsində bir araya gəldiyi bütün turizm subyektlərinə bir növ satış zəmanəti verməkdədir;

  • Turoperatorun meydana çıxardığı turizm məhsulunun istehlakçıya çatdırılması fərdi formada həyata keçirilən fəaliyyətə görə əksər hallarda daha ucuz xərclə yekunlaşmaqdadır;

  • Turoperatorlar regional inkişaf baxımından yerli xalqların inkişafına kömək etməkdə və müxtəlif mədəniyyətlərin bir araya gətirilməsi məsələsində səy göstərməkdədir.


Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin