Tui Travel Plc. 2007-ci ildə İngiltərənin “First Choice” və Almaniyanın “TUI AG” şirkətlərinin birləşməsi nəticəsində yaradılan “TUI Travel PLC” 150 marka ilə 180 ölkədə, 25-dən çox bazarda və 30 milyondan çox müştəriyə xidmət göstərməkdədir. “TUİ” həm əsas region kimi qiymətləndirdiyi Mərkəzi, Şimali və Qərbi Avropa bazarlarında fəaliyyət göstərməkdə, həm də inkişaf etməkdə olan ölkələrdəki fəaliyyətini artırmağı qarşısına hədəf kimi qoymaqdadır.
Thomas Cook. 2007-ci ildə “Thomas Cook” ilə “My Travel” şirkətlərinin birləşməsi ilə yaradılan “Thomas Cook Group PLC” 22,3 milyondan çox müştərisi, 31 min nəfərdən çox personalı, 93 təyyarəsi, 3400-dən çox agentliyi və 86-dan çox otel və kamp mərkəzi ilə dünyanın qabaqcıl turizm şirkətlərindən biridir.
“Thomas Cook” müxtəlif destinasiyalarda münasib qiymətlərlə turzərflər, təyyarə bileti, kruiz, yerləşdirmə xidmətləri, şəhər turları, lüks və individual zərf xidmətlər təqdim edən 36 submarkası ilə fəaliyyət göstərməkdədir.
Nəticə
Texnologiyanın və nəqliyyat imkanlarının inkişafı, səyahət anlayışının gündəlik həyatdakı əhəmiyyətinin daha yaxşı anlaşılması ilə bərabər insanlar daha çox səyahət etməyə və müxtəlif növ səyahətlərə meyil etməyə başlamışdır. Meydana gələn bu səyahət meyili ümumilikdə bütün dünyada səyahət anlayışında əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsi zərurətini yaratmışdır.
Turizmdə maraqlı tərəflər dəyişən bu turizm anlayışı daxilində turizmə yeni yanaşmalar gətirməyə çalışmaqdadır. Səyahət industriyası mövcud turizm məhsulu və xidmətin göstərilməsi ilə yanaşı, müxtəlif turizm yanaşmalarının son istehlakçıya çatdırılmasında mühüm rola malikdir. Bu səbəbdən turoperatorların əhəmiyyətinin yaxşı dərk edilməsi lazımdır.
Səyahət ilə bağlı bütün xidmətlərin bir arada təqdim olunması zamanı vacib rola malik olan turoperatorlar turizm məhsulunun formalaşdırılıb istehlakçıların istifadəsinə təqdim olunması vəzifəsini öz öhdəsinə götürməkdədir.
Turoperatorlar aşağıdakı dörd mərhələdə turizmə vacib töhfələr verməkdədir:
Səyahətin elementləri bir araya gətirilərək daha ucuz qiymətdən istehlakçının istifadəsinə təqdim olunmaqdadır;
Meydana çıxarılan turizm məhsulunun istehlakçıya təqdim olunmasında zamandan qazanma fürsəti təmin etməkdədir;
Müəyyən bir coğrafi regionda turizmə mövzu ola biləcək hər məsələ üçün müəyyən bir zaman müddətindən əlavə bütün il boyu turizm məhsulunun satılması məsələsində dəstəkləyici fəaliyyətlər həyata keçirilməkdədir;
Rəqabət daxilində olan səyahət industriyasının müəyyən maraqlı tərəfləri baxımından satış xərclərində azalma müşahidə olunmaqdadır.
Dostları ilə paylaş: |