Kurs: III kurs iŞİ Mövzu


Müasir dövrümüzdə turizm anlayışında müşahidə olunan dəyişikliklər



Yüklə 97,6 Kb.
səhifə4/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   2   3   4   5   6   7   8   9   ...   18
Müasir dövrümüzdə turizm anlayışında müşahidə olunan dəyişikliklər. Yuxarıda qeyd olunan turizm araşdırmalarının əsasən kütləvi turizm çərçivəsində həyata keçirildiyi müşahidə olunmaqdadır. Amma ümumi istehlak quruluşundakı dəyişikliklər ilə bərabər kütləvi turizm hadisəsində də bəzi dəyişikliklər müşahidə olunmuş, yeni turizm anlayışları meydana çıxmışdır. Hər nə qədər bir çox cəmiyyətlərdə kütləvi turizm müşahidə olunmağa davam etsə də və yuxarıda qeyd olunan turizm anlayışları öz aktuallığını qorusa da müasir dövrümüzdə yeni turizm anlayışları müzakirə olunmağa başlanmışdır.

Tarixi dövr ərzində istehsal və istehlakdakı dəyişikliklər müasir dövrümüzdə turizm anlayışında dəyişikliklərin yaranmasına səbəb olmuşdur. Əvvəla kütləvi istehsal şərtləri altında istehsal olunan malların satın alınması, yüksək və artan bir həcmdə istehlak malları üçün xərc çəkilməsi, mal və xidmətlərin moda, mövsüm və azad bazar seqmentlərinə görə bir-birindən həddindən artıq fərqlənməməsi kimi izah olunan “kütləvi istehlak”, digər adı ilə isə “fordist istehlak” yekunlaşmışdır. Bunun əvəzinə müasir dövrümüzdə istehsaldan çox istehlakın üstünlük təşkil etdiyi və xüsusilə xidmət sektorlarında istehsalçıların daha çox istehlakçı yönümlü məhsullar istehsal etdiyi “post-fordist” istehlaka keçid müşahidə olunmuşdur. “Fordist” istehlakdan “post-fordist” istehlaka doğru müşahidə olunan bu keçid müasir turizmin dəyişən xarakteristikasında özünü göstərmiş və “köhnə turizm”dən “yeni turizm”ə keçid müşahidə olunmuşdur. “Köhnə turizm” olaraq adlandırılan kütləvi turizm “fordist istehlak”ın bir parçasıdır. Bu turizm növündə məhsul müxtəlifliyinin həyata keçirilməsi çox da mümkün olmamaqda və məhsul “zərf tur” adı altında kütləvi formada istehlak üçün bazara çıxarılmaqdadır. Oxşar zərf turların böyük miqdarda istehlak olunduğu kütləvi turizmdən fərqli olaraq “yeni turizm”də kiçik turist qruplarına təqdim olunan və müxtəlif səyahət formaları təklif edən “xüsusi maraq turizmi” formalaşmışdır. İstehlakçı suverenliyinin artdığı bu yenidənqurma müddətində ucuz zərf turlar çərçivəsində oxşar xüsusiyyətlərə malik səyahətlər əvəzinə, yaşıl turizm, mədəni-tanışlıq turizmi, sağlamlıq turizmi, özfəaliyyət turizmi, etnik turizm kimi xüsusi maraq dairəli turizm növləri formalaşmışdır.




Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin