Kurs: III kurs iŞİ Mövzu


Turoperatorluq fəaliyyəti



Yüklə 97,6 Kb.
səhifə9/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Turoperatorluq fəaliyyəti. Turoperator müəyyən qaydalar çərçivəsində əlindəki mövcud vasitələri effektli bir formada istifadə edərək istehlakçıya zərf tur formasında meydana çıxan məhsulu çatdırmaqla məsuldur. Zərf turlar turoperatorlar tərəfindən müəyyən bir regiona xas olan nəqliyyat, yerləşdirmə, qida, animasiya və başqa səyahət elementlərinin bir araya gətirilməsi ilə yaradılan bir turizm məhsuludur. Turoperatorlar zərf tur fəaliyyətlərində uğur qazanmaq üçün marketinq işlərinə üstünlük verməkdədir. Bu işlərdə zərf turların münasib qiymətdən satılabilən olması, təqdim olunan xidmətlərin turoperator tərəfindən yerinə yetirilə biləcəyinə dair zəmanətin verilməsi və etibarın təmin olunması, istehlakçıların bir səyahətdən gözlədikləri ilə təqdim olunan məhsul arasındakı fərqin minimum səviyyədə saxlanılması turoperatorlar tərəfindən diqqətə alınmaqdadır. Tələbin artırılması üçün bazar və təqdim olunan xidmət çeşidliliyinin artırılması çox vacibdir. Hər ötən gün daha müxtəlif turizm çeşidləri ilə müxtəlif axtarışlarda olan istehlakçılar baxımından turoperatorların fəaliyyəti yaxından təqib olunmaqdadır. Texnologiyanın gündəlik həyatda özünə daha çox tətbiq sahəsi tapdığı dövrümüzdə, xüsusilə, internet vasitəsilə elektron ticarətin genişlənməsi turoperatorların fəaliyyətlərini və təqdim etdikləri məhsulun daha çevik formada marketinqini həyata keçirməsini təmin etməkdədir. Sadalanan fəaliyyətlər ilə turoperator satış riskini öz öhdəsinə götürən bir anlayışa uyğun gəlməkdədir. Bu səbəbdən turoperatorun əsas fəaliyyət sahəsi turizm məhsulunu formalaşdırmaq və bazara çıxardaraq satışını təmin etməkdir. Turoperatorlar bundan başqa yerləşdirmə və səyahət müəssisələrinin doluluq və istifadə faizini artırmaqda istehlakçıların daha çox məlumat sahibi olmasını təmin etməyə yönəlmiş məlumat axınını təmin etməkdədir.


Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin