Kurs: III qrup: 721 Tələbə: Hüseynova Nərgiz



Yüklə 42,26 Kb.
səhifə4/8
tarix10.12.2023
ölçüsü42,26 Kb.
#139025
1   2   3   4   5   6   7   8
referat 1559

    Bu səhifədəki naviqasiya:
  • Bazar
Mübadilə - arzu olunan obyektin kimdənsə alınması əvəzində ona hər hansı başqa şeyin təklif edilməsi hadisəsidir. Mübadilə əsas məhfumudur və onun baş verməsi üçün aşağıdakı şərtlərə riayət olunmalıdır:
1. Ən azı 2 tərəf olmalıdır;
2. Hər bir tərəf digərinə lazım olan nəyəsə malik olmalıdır;
3. Hər bir tərəf öz əmtəəsini əlaqələndirmək və çatdırmaq imkanına malik olmalıdır;
4. Hər bir tərəf digərinin təkliflərini qəbul yaxud rədd etməkdə tamamilə azad olmalıdır;
5. Hər bir tərəf digəri ilə iş görməyin məqsədəuyğunluğuna və faydalılığına əmin olmalıdır.
Marketinq sahəsində ən əsas ölçü vahidi isə sövdələşmədir.
Sövdələşmə - dəyərlilərin iki tərəf arasında kommersiya mübadiləsidir. Sövdələşmənin səmərəli həyata keçirilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir:

  1. Dəyər əhəmiyyətli ən azı 2 obyekt olmalıdır;

  2. Onun yerinə yetirilməsinin razılaşdırılmış şərtlərinin olması vacibdir;

  3. Onun yerinə yetirilməsinin vaxtının və yerinin olması vacibdir.

Sövdələşmənin 2 forması – pul və barter forması var.
Marketinqin ilkin ideyalarından biri də bazardır. Bazar - tərəflər arasında mübadilənin həyata keçirildiyi məkandır.
2. Marketinqin əsas vəzifələri, funksiyaları və prinsipləri

Marketinqin məqsədinə nail olmaq üçün o bir sıra vəzi­fələr yerinə yetirməlidir. Ümumi şəkildə marketinqin vəzifəsi tələ­batın elə səviy­yəsinin, bu tələbatın verilməsinin elə vaxtını və xarakterini müəyyən etməkdir ki, o, qarşıya qoyulan məqsədə yüksək effektlə nail ol­mağa imkan versin. Marketinqin əsas vəzifələri aşağıdakılardır:



  1. Bazarın kompleks şəkildə öyrənilməsi;

  2. Potensial tələbin və ödənilməyən tələbatın aşkar edilməsi;

  3. Malların çeşidinin və qiymətinin planlaşdırılması;

  4. Mövcud tələbin tam ödənilməsi üçün tədbirlərin işlənib hazırlanması;

  5. Satışın planlaşdırılması və həyata keçirilməsi;

  6. İstehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması;

  7. Strateqiyanın işlənib hazırlanması;

  8. Marketinq tədbirlərinin işlənib hazırlanması.

Marketinqin funksiyaları dedikdə, müəssisələrin qarşısına qoyulmuş məqsədə çatmaq üçün marketinq prosesində həyata keçirilən ixtisaslaşmış fəaliyyət növlərinin məcmusu və ya bu cür fəaliyyət növlərini özündə birləşdirən kompleks sistem başa düşülür. Başqa sözlə, bu, istehsalın və satışın miqyası, bazarda əmtəələrin təklif edilməsindən, əmtəə çeşidlərindən, həmin növ əmtəəyə olan ehtiyacların və tələbatların xüsusiyyətlərindən asılı olaraq həyata keçirilən funksiyalardır.
Məlum olduğu kimi, müəssisələrdə məhsul istehsalının və satışının xarakterindən, şəraitindən və s. asılı olaraq, marketinq funksiyalarının özünəməxsus xüsusiyyətləri vardır. Amma, bu müxtəlifliyə baxmayaraq, onlar bir sıra ümumi prinsiplərə əsaslanır.
Marketinqin funksiyalarına əsasən aşağıdakılar daxildir:

  • bazarın marketinq çərçivəsi daxilində marketinq səylərinin (cəhdlərinin) reallaşdırılması ilə bağlı olan problemlərin kompleks öyrənilməsi, yəni marketinqin kompleks tədqiqi və bunların əsasında müəssisənin elmi-texniki siyasətini işləyib hazırlamaq;

  • istehsalın optimal strukturunun müəyyən edilməsi və marketinq qərarının qəbul olunması;

  • məhsul çeşidinin planlaşdırılması;

  • satışın intensivləşdirilməsi üzrə (reklamların, sərgilərin təşkili və satışın həvəsləndirilməsinin digər metodlarını daxil etməklə) tədbirlər işləyib hazırlamaq;

  • əmtəə hərəkətinin daha səmərəli yollarının, əmtəələrin satış yerinin, vaxtının və üsulunun (satış işinin planlaşdırılmasının) müəyyənləşdirilməsi, yəni məhsulların bölüşdürülməsi və satışı;

  • reklam və satışın həvəsləndirilməsi;

  • satışdan sonrakı xidmətin təşkili;

  • yeni istehlakçıların formalaşdırılması və s.


Yüklə 42,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin