Kurs: III qrup: 721 Tələbə: Hüseynova Nərgiz


Marketinqin idarə edilməsi



Yüklə 42,26 Kb.
səhifə7/8
tarix10.12.2023
ölçüsü42,26 Kb.
#139025
1   2   3   4   5   6   7   8
referat 1559

Marketinqin idarə edilməsi. Bura müəssisədə marketinqin idarə edilməsi­nin təşkili; marketinqin idarəetmə strukturunun müəyyən­ləş­diril­məsi və təşkili; idarəetmənin müxtəlif səviyyələrində marketinqin planlaşdı­rılması və marketinq proqramlarının tərtib edilməsi; marketinq fəaliyyətinə dair qərar­ların hazırlanması və qəbulu; müəssisənin inkişaf imkanlarının müəyyənləşdi­ril­məsi; marketinq nəzarət sistemi; müəssisənin marketinq bölməsinin fəaliyyətinin qiymətləndirilməsi və s. aiddir.
Əmtəənin istehsalı və istehlakçılara çatdırılması çox mürəkkəb və kompleks bir məsələdir. Bu məsələnin həlli üçün marketinq bir sıra funksiyaları yerinə yetirməlidir:
1.Analitik
2.İstehsal
3.Satış
Marketinqin analitik funksiyaları aşağıdakıların öyrənilməsini əhatə edir:
-istehlakçıların;
-rəqiblərin;
-əmtəələrin və onun qiymətinin;
-əmtəələrin hərəkəti və satışının;
-satışın stimullaşdırılması və reklamsisteminin;
-müəssisənin daxili mühitinin.
Marketinqin istehsal funksiyalarına isə aşağıdakılar daxildir:
-yeni əmtəələr istehslının təşkili, daha təkmil texnologiyanın tətbiqinə istiqamətləndirmək;
-maddi-texniki təchizatın təmin edilməsi;
-əmtəələrin keyfiyyətinin və rəqabət qabiliyyətinin idarə edilməsi.
Marketinqin satış funksiyalarına aşağıdakılar daxildir:
-əmtəələrin hərəkəti sisteminin təşkili;
-servis xidmətinin təşkili;
-tələbatın formalaşdırılması və satışın stimullaşdırılması sisteminin təşkili;
-məqsədyönlü əmtəə siyasətinin yeridilməsi;
-qiymət siyasətinin həyata keçirilməsi.
Marketinqin ən mühüm funksiyalarından biri də idarəetmə və nəzarət funksiyasıdır:
-müəssisədə strateji və operativ planlaşdırmanın təşkili;
-kollektivin idarə edilməsi üzrə informasiya təminatı;
-müəssisədə kommunikasiya sisteminin təşkili;
-əks əlaqə və vəziyyətin təhlili əsasında marketinq nəzarəti.
Analitik funksiya özlüyündə marketinq tədqiqatları sistemidir və marketinq problemlərinə aid olan məsələlər üzrə məlumatların müntəzəm yığılması, qeyd edilməsi və təhlili məsələləri ilə məşğul olur. Marketinq tədqiqatları marketinq problemləri üzrə optimal qərarların qəbul edilməsi ilə əlaqədardır.

Yüklə 42,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin