Xəbərdarlıq adlanan birinci mərhələdə konfiliktə daxil olmağa hazırlaşan tərəfləri başa salmaq, nə üçün belə hərəkət etdiyini aydınlaşdırmaq lazımdır. Pedoqoji kollektivin rəhbəri yaranmaqda olan konfiliktlərə etinasız qala bilməz. O, tərəfləri açıq müzakirəyə dəvət etməli, münasibətləri aydınlaşdırmalı, yaranmış vəziyyəti birgə təhlil etmələdir. Konfiliktin idarə olunması mərhələsindəkollektivin rəhbəri konfiliktin hər bir iştirakçısı ilə fərdi söhbət aparır, onları psixoloji cəhətdən növbəti görüşə, ünsiyyətə hazırlayır.