Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikumun əsas prinsipləri



Yüklə 147,85 Kb.
səhifə13/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   9   10   11   12   13   14   15   16   ...   117
Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikumun əsas prinsipləri.

Psixoloji xidmətdə bir sıra prinsiplərin gözlənilməsi də tələb edir.

1.Psixoloji xidmət işi müxtəlif psixihadisələrin öyrənilməsi və problemlərin aradan qaldırılması məqsədilə aparılır. Bu zaman istər psixikaya, istərsə şəxsiyyətlə psixoloji hadisələr kontekstindən yanaşılır. Psixika və davranış, şüur və fəaliyyət qarşılıqlı əlaqədə, mərhələdən-mərhələyə, yaş dövrləri üzrə öyrənilərək inkişaf etdirilir. Psixoloji aktın heç bir fraqmenti ayrılıqda izah olunmamalı, nə psixikanın, nə də şəxsiyyətin obyektiv vəziyyəti kimi qəbul edilməməlidir. Son nəticə psixikasının və şəxsiyyətin inkişaf qanunları ilə korrelyasiya edilməlidir. Bu qanunauyğunluq prinsipidir.

2.Psixoloji xidmətin nəticələri yalnız psixoloqun və kliyentin birgə fəaliyyətinin nəticələri ilə deyil tarixilik baxımından təhlil olunmalıdır. İctimai şərait düzgün müəyyənləşdirilməklə insanın fəaliyyət və davranışını, münasibət və rəftarını, hərəkətlərini öyrənmək, düzgün nəticə çıxarmaq lazımdır.

Psixoloji faktı yalnız sosial hadisə kimi də qəbul etmək olmaz. Psixoloji fakt bioloji, fizioloji, antropoloji, psixoloji təsirlərlə şərtlənir. Bu təsirlər ictimai-tarixi, filogenetik mahiyyət kəsb edir. Ona görə də ictimailik prinsipi psixoloji xidmət işində gözlənilməlidir.

3.Psixoloji proseslərin fizioloji nöqteyi-nəzərdən izahında bu elmin bəzi metodlarının tətbiqi zərurəti yaranır. Fizioloji metodlar psixoloji xidmət üçün köməkçi rolu oynasa da onların əhəmiyyətini inkar etmək olmaz. Məsələn, emosional proseslərin təbiəti öyrənilərkən həmin hadisələri tamamilə psixoloji baxımdan izah etmək mümkün deyilfir. Belə olan halda psixoloji xidmət fizioloji proseslərin öyrənilməsinə və korreksiyasına (teraiyasına) yınəldilir. Nəticələr psixofizioloji aspektdən izah edilir və psixoloji xidmətin effektivliyi təmin olunur. Beləliklə, psixofizioloji prinsip psixoloji xidmətin mühüm prinsipidir.

4.Psixoloji xidmətin məqsədi spesifik qanunauyğunluqların fərdi göstəricilərini üzə çıxarmaq, lazım gəldikdə onların korreksiyasını aparmaqdır. Bu zaman yalnız statistik məlumatlara arxayın olmaq nəticələri etibarsız edir. Konkret fərdi halların dəqiq diaqnozu mühüm şərtdir. Məsəlinin bu istiqamətdə həlli psixoloji xidmətin fərdilik prinsipini zəruri edir.

5.İnsanı öyrətmə yolu ilə öyrənmək psixoloji xidmət işi üçün səciyyəvidir. Bu halda psixoloji xidmət pedaqojiləşdirilir. Işin göstərilən formada təşkili heç də psixoloji metoddan imtina etmək deyil, sadəcə olaraq pedqoji işlərin praktik psixologiyaya gətirilməsidir. Xüsusilə, təhsilə psixoloji xidmətdə pedaqoji prinsip mühüm əhəmiyyət kəsb edir.

6.Psixoloji faktlar inkişaf prosesində öyrənilir. Psixikanın, şəxsiyyətin korreksiyası psixoloji xidmətin xüsusi sahəsidir. Ontogenezin ilk mərhələsində psixikada, intellektdə, şəxisiyyətdə, keyfiyyət dəyişmələri daha dinamik formada baş verir. Eyni zamanda, bu inkişaf irsi-genetik mahiyyət kəsb edir. Bir sıra hallarda insanın fərdiliyi ilə yanaşı onun daşıdığı enerji-informasiyasının genetik məzmununu da öyrənmək zərurəti yaranır. Bu, ciddi şəkildə gözlənilməsi lazım gələn tələblərdən olub genetik prinsiplə bağlıdır.

7.Psixoloji xidmətdə uşağın məhsuldar fəaliyyətinin nəticələrindən də geniş istifadə olunur. Bu işləri yalnız nəzəri baxımdan təhlil etmək onun məqsədinə uyğun gəlmir. Ona görə də psixoloji xidmət məhz məhsuldar fəaliyyət prosesində aparıldıqda nəticələr daha obyektiv olur. Bu, psixologiyada şüurla fəaliyyətin vəhdəti prinsipi kimi izah edilir.

Praktik psixologiyada nəzəri alınmalı olan prinsiplər çoxdur. Məsələm, müasir dövrdə humanizm, mədəni müxtəliflik, toleyrantlıq kimi hümanizmlər aktualdır. Bu prinsiplərin hər biri aparılan işdə real nəticələrin əldə olunmasına kömək edir. Psixoloji prinsiplərin nəzərə alınması psixoloji yardım üçün müraciət edənlərin rahatlığına, əmin-amanlığına , psixoloji müdafiəsinə zəmin yaradır. Onlar üçün mənəvi-psixoloji təhlükəsizlik baxımından əlverişli olmaqla psixoloji xidmətdən daha effektli, məqsədəyönlü yararlanmasını təmin edir.




  1. Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin